İQTİSADİYYAT
“Azercell”dən musiqisevərlərə yeni il hədiyyəsi
Bayram əhvalını “Azercell” ilə yaşa!
Yeni il ərəfəsində “Azercell Telekom” MMC abunəçilərinə özəl kampaniya təqdim edir. Belə ki, dekabrın 30-dan – yanvarın 5-dək “Zvuk” dan (onlayn musiqi tətbiqi) ilk dəfə istifadə edənlərə Yeni il hədiyyəsi olaraq “Azercell” 7 günlük “Premium abunə”lik təqdim edəcək. Şirkətin yeni il hədiyyəsindən yararlanmaq üçün “Hediyye2019” yazıb 7707 qısa nömrəsinə göndərmək lazımdır. “Zvuk” xidməti istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək abunəçilərə öz play listlərini yaratmaq imkanı verir. Xidmətə qoşulmaq üçün “Google Play” və ya “AppStore”dan mobil tətbiqi yükləmək, qeydiyyat üçün tətbiqdə mobil nömrəni daxil edib, əvəzində SMS vasitəsilə gələn unikal kodu təkrarən mobil tətbiq üzərindən əlavə etmək lazımdır. Abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi — SimSim abunəçiləri (012) 490-49-49/20-02, fakturalı xətt abunəçiləri (012) 490-52-52/65-65, elektron poçt: [email protected]; [email protected], o cümlədən onlayn müştəri xidmətləri) müraciət etməklə almaq imkanına malikdir.
“Azercell”in təqdim etdiyi Yeni il hədiyyəsindən faydalanmağa Siz də tələsin!
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.