İQTİSADİYYAT
“Azəriqaz” İstehsalat Birliyində yığım səviyyəsi yüksək olaraq qalır
Bakı, 17 iyul (AZƏRTAC). Cari ilin iyun ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 66549555 kubmetr həcmində təbii qaz satılmış, əvəzində 151,4 faiz vəsait toplanmışdır.
Vəsaitin toplanmasındakı yüksək faiz göstəricisi onunla əlaqədardır ki, 2013-2014-cü illərin payız-qış mövsümündə tələbat artdığına görə əhaliyə satılan qazın həcmi çoxaldığından istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməmişdir.
ARDNŞ-dan AZƏRTAC-a bildirmişlər ki, bu dövrdə yaranmış debütor borclar 2014-cü ilin yaz-yay mövsümündən başlayaraq ödənilməkdədir. Nəticədə cari ilin iyun ayı ərzində debütor borc 5,8 faiz azalmışdır. Eyni zamanda, ötən ay qeyri-əhali sektoru üzrə 108509517 kubmetr həcmində təbii istehlak olunmuş, 104,3 faiz vəsait toplanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]