“AZƏRNEFT” İSTEHSALAT BİRLİYİ: NEFT HASİLATI VƏ TƏHVİL TAPŞIRIQLARINI ARTIQLAMASI İLƏ ÖDƏMİŞLƏR
“Azərneft” İstehsalat Birliyinin neft və qaz çıxarma idarələri hasilat və təhvil üzrə iyun ayının proqnoz tapşırıqlarını vaxtında və artıqlaması ilə yerinə yetirmişdir. Birlikdən müxbirimizə verilən məlumata görə, neftçilər ay ərzində 661,6 min ton əvəzinə 662 tondan artıq neft çıxararaq, proqnoza 100,1 faiz əməl etmişlər. Neftçilər dövlətə, həmçinin, nəzərdə tutulandan 500 ton çox xam neft təhvil veriblər ki, bu da proqnozu 101,1 faiz yerinə yetirmək deməkdir. Cari ilin altı ayı ərzində neft hasilatının həcmi artaraq 4 milyon 17 min tonu ötmüşdür. Tapşırıqdan 25 min ton əlavə neft çıxarılması hesabına isə proqnoz göstəricisi 100,6 faizə çatmışdır. Neftçilər yarımillik neft təhvili tapşırığına da 25,1 min ton artıqlaması ilə əməl etmişlər.