İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir
London, 7 avqust, AZƏRTAC
İngiltərənin Norfolk qraflığının Tetford şəhərində miqrasiya əleyhinə etiraz aksiyaları ilə əlaqədar iğtişaşların üçüncü gecəsində daha 2 nəfər saxlanılıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Norfolk polisi təhlükəsizlik məqsədilə sığınacaq axtaran şəxsləri yaşadıqları evlərdən təxliyə edib. Polisin məlumatına görə, yaşı 40-dan yuxarı olan 2 kişi həbs olunub və bununla da, iğtişaşlarla bağlı saxlanılanların ümumi sayı 5-ə çatıb.
Avqustun 4-ü və 5-i axşam etirazçılar sığınacaq axtaranların yaşadıqlarını güman etdikləri evlərə daxil olmağa cəhd göstəriblər, hüquq-mühafizə orqanlarının əməkdaşları ciddi aqressiya ilə üzləşiblər.
Şahidlərin sözlərinə görə, 200-ə yaxın şəxsin iştirak etdiyi aksiya zamanı daş və yumurtalar atılıb, etirazçılar “onlar buradan getsinlər” şüarları səsləndiriblər.
Polis bildirib ki, kişi əməkdaşlardan 1-i daş zərbəsi alıb, qadın polis əməkdaşı isə ciddi xəsarət alıb. Norfolk polisi iğtişaşlarla bağlı araşdırmaların davam etdiyini və ictimai asayişin qorunması üçün əlavə tədbirlərin görüldüyünü açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]
Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb
- 07.08.2026 [15:24]