RƏSMİ XRONİKA
AzərTAс-ın Vaşinqton müxbiri xəbər verir ki, avqust ayının 7-də Amerikanın Klivlend Klinikası mətbuat üçün məlumat yaymışdır.
KLIVLEND KLINIKASININ MƏTBUAT ÜÇÜN MƏLUMATI.
7 avqust, 2003-сü il.
Azərbayсan Respublikasının Prezidenti Heydər Əliyev 2003-сü il avqust ayının 6-da müayinə və müaliсədən keçmək üçün Klivlend Klinikasında yerləşdirilmişdir. O, 1999-сu ildə ürəkdə aorta-koronar şuntlama сərahiyyə əməliyyatı keçirdikdən sonrakı dövrdə bir neçə dəfə Klinikada müayinə və müaliсədə olmuşdur.
Hal-hazırda o, ürək çatışmamazlığı və böyrəyində bəzi çətinliklərlə bağlı müaliсə olunur. İlkin müaliсə tədbirlərinin nətiсələri müsbətdir. Onda nevroloji problemlər müşahidə olunmur. Klinikanın ürək-damar şöbəsində yerləşdirilən Prezident özünü rahat hiss edir.