Bakı Ali Neft Məktəbi Özbəkistanda keçirilən “Study in Azerbaijan” sərgisində təmsil olunub
Bakı, 2 iyun, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM) Özbəkistanda keçirilən “Study in Azerbaijan” sərgisində təmsil olunub.
Ali məktəbdən AZƏRTAC-a bildirilib ki, əməkdaşlar sərgi ziyarətçilərinə BANM-in tədris imkanları, beynəlxalq əməkdaşlıq istiqamətləri, mövcud ixtisaslar, qəbul qaydaları və tələbələr üçün təqdim edilən üstünlüklər barədə məlumat veriblər.
Sərgi çərçivəsində BANM pavilyonu iştirakçılar və yerli gənclər tərəfindən maraqla qarşılanıb.