İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 7 mart (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) martın 7-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 dollar üçün 0,7853 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7853 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 618.818 AZN məbləğində əqd qeydə alınmışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7853 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə heç bir əqd qeydə alınmamışdır.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, hərracların ümumi məbləği 787 min ABŞ dolları, yaxud 618.818 AZN olmuşdur.
USD/AZN T+1, T+2, SWAP-USD/AZN alətləri üzrə əqdlər qeydə alınmamışdır. EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
EUR/USD-TOD və EUR/USD-TOM alətləri üzrə bank sifarişləri verilmişdi, lakin bu alətləri üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 12,21 faiz, ABŞ dolları üzrə isə 12,50 faiz təşkil etmişdir.
Martın 7-də birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmamışdır.