BAKI BƏLƏDİYYƏ TEATRININ KOLLEKTİVİ QASTROLDAN QAYITMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivi ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar respublikamızın rayonlarına qastrol səfərinə başlamışdır.
İlk qastrol səfəri ölkənin şimal regionunda reallaşmışdır. Teatrın bədii rəhbəri və direktoru, xalq artisti Amaliya Pənahova bildirmişdir ki, kollektiv aprelin 1-dən 4-dək Xaçmaz və Dəvəçi rayonlarında olmuş, tamaşaçılara Abdulla Qurbaninin “Türk sancağı” və Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşalarını təqdim etmişdir.
Teatrsevərlərə pulsuz təqdim olunan hər iki tamaşadan əvvəl A.Pənahova çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən, mədəniyyət və incəsənət adamlarına sonsuz diqqət və qayğısından ətraflı danışmış, həmin ənənənin bu gün ümummilli liderimizin layiqlı varisi, Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırmışdır.
Uğurla keçən tamaşalarda əsas rollarda xalq artistləri Vaqif Əliyev, Yusif Muxtarov, əməkdar artistlər Azad Şükürov, Səmayə Sadıqova, Əfqan Soltanov, Mahirə Yaqubova, gənclərdən Elxan Rzayev, Arzu Şuşanova, İlahə Həsənova və başqaları çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:35]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]