ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin tələbələri Coğrafiya İnstitutunda təcrübə keçirlər
![Bakı Dövlət Universitetinin tələbələri Coğrafiya İnstitutunda təcrübə keçirlər](/files/2022/1/1200x630/16462179251142235224_1200x630.jpg)
Bakı, 2 mart, AZƏRTAC
Bakı Dövlət Universiteti ilə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu arasında əməkdaşlıq davam edir. Əməkdaşlıq çərçivəsində ali məktəbin Coğrafiya fakültəsinin müxtəlif ixtisasdan olan yüzdən çox tələbəsi Coğrafiya İnstitutunda istehsalat təcrübəsi keçir.
Bu barədə AZƏRTAC-a Coğrafiya İnstitutundan məlumat verilib. Aprelin 8-dək davam edəcək təcrübə müddətində tələbələr pandemiya dövrünün tələblərinə uyğun olaraq bir neçə qrupa ayrılaraq institutun şöbələri, orada aparılan elmi-tədqiqat işləri, alınan nəticələr, müəssisənin yeni nəşrləri ilə tanış olacaq, görkəmli alimlərin mühazirələrini dinləyəcəklər.