BAKI FOND BİRJASINDA HƏRRAC KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, aprelin 15-də Bakı Fond Birjasında (BFB) dövlət qeydiyyatından keçmiş, ümumi məbləği 5 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti isə 182 gün olan dövlət qısamüddətli istiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
İstiqrazlar oktyabrın 14-də ödəniləcəkdir.
Hərrac zamanı, DQİ buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbuluna icazə verilir.