BAKI FOND BİRJASINDA HƏRRAC KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, aprelin 16-da Bakı Fond Birjasında (BFB) dövlət qeydiyyatından keçmiş, ümumi məbləği 50 milyon manat, hərraca çıxarılan məbləği 40 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti isə 28 gün olan qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Notlar mayın 14-də ödəniləcəkdir.
Hərrac zamanı, DQİ buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbuluna icazə verilir.