BAKI FOND BİRJASINDA HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 8-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Üç sərmayədarın təqdim etdiyi sifarişin nominal məbləği 8 milyon 679 min 600 manatdır. Sifariş 94,80 faiz (gəlirlilik dərəcəsi 11,00 faiz) və 94,93 faiz (gəlirlilik dərəcəsi 10,71 faiz) qiymətdə təqdim edilmişdir.
İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 94,81 faiz (gəlirlilik dərəcəsi 10,98 faiz) və orta ölçülmüş qiymət 94,87 faiz (gəlirlilik dərəcəsi 10,84 faiz) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir. Onların nominal üzrə reallaşdırılmış dəyəri 273 min 600 manat məbləğində qeyri rəqabətli sifarişlər daxil olmaqla 5 milyon manat müəyyənləşdirilmişdir.
İstiqraz vərəqələri oktyabrın 7-də ödəniləcəkdir.
İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nin depozitarisində aparılır.