BAKI FOND BİRJASINDA HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 9-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Bir sərmayədarın təqdim etdiyi sifarişin nominal məbləği 110 min manatdır. Sifariş 90,33 faiz (gəlirlilik dərəcəsi 10,98 faiz) qiymətdə təqdim edilmişdir.
İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti və orta ölçülmüş qiymət 90,33 faiz (gəlirlilik dərəcəsi 10,98 faiz) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış dəyəri 110 min manat müəyyənləşdirilmişdir və onlar 2009-cu il martın 31-də ödəniləcəkdir.
İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nin depozitarisində aparılır.