Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakı həm də fırçasıyla döyüşürdü...

Müharibə Azərbaycan rəssamlarının yaradıcılığında

Bakı, 8 may, AZƏRTAC

SSRİ-nin süqutundan sonra həmin ictimai-siyasi quruluşdan bizə miras qalan və bayram edilən günlərdən biri də 9 mayla bağlıdır. Təbii ki, bu, ilk növbədə 1941-1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsində Azərbaycan xalqının fəal iştirakı, ön və arxa cəbhədə nümayiş etdirdiyi şücaət və fədakarlıqla əlaqədar olub.

Bu gün - müharibədən ötən böyük zaman məsafəsində faşizm üzərində Qələbə qazanılmasında Bakı neftinin böyük rolunun etiraf edilməsi mühüm faktdır. O da məlumdur ki, həmin illərdə faşistlərin işğal edə bilmədikləri Azərbaycanda əhali var qüvvə ilə qələbə uğrunda ümumi işə töhfələr verməkdə idi. Ayrı-ayrı səbəblərdən müharibəyə səfərbər olmayan rəssamlar da bu mənada istisna təşkil etmirdilər. Onların müxtəlif mövzu və janrlarda yaratdıqları əsərlərdə arxa cəbhənin adamlarını qələbəyə inama kökləyən məqamlar kifayət qədər idi.

Azərbaycan rəssamlarının alman faşistlərini tənqid edən plakat və karikaturalarına döyüş cəbhələrində də rast gəlmək olardı. Müharibə illərində Bakının bir neçə yerində (Neft-yağ zavodunun, Nizami muzeyinin və indiki Maliyyə Bazarlarına Nəzarət Palatasının binası qarşısında) yaradılan “Təşviqat pəncərəsi” guşələrində rəssamların müharibə mövzusunda əsərləri vaxtaşırı göstərilirdi. Azərbaycan rəssamlarının yaradıcılığının arxa və ön cəbhədə böyük mənəvi-psixoloji təsiri barədə məlumatlar Moskvaya qədər gedib çıxmışdı. Rəssamlarımızın fəaliyyətini yüksək dəyərləndirən Kreml ideoloqlarının 1943-cü ildə Moskvadakı Dövlət Tretyakov Qalereyasında onların sərgisinin təşkilinə qərar vermələri də bu təqdirin ifadəsi olmuşdu...

Rəssam və heykəltəraşlarımızın yaradıcılığında 1941-1945-ci illərdə yer almış müharibə mövzusuna müraciət sonrakı illərdə də davam etdirilib. Bu mövzunun hazırda Azərbaycan təsviri sənət tarixində özünəməxsus yer tutması da danılmazdır. Mövzunu xronoloji ardıcıllıqla şərh etməli olsaq, onda ilk növbədə rəssamlarımızın yaşlı nəslinin yaradıcılığından söz açmalıyıq. Əzim Əzimzadənin “Faşist Almaniyasının qumarbazlar dəstəsinin vurulmuş kartları”, “Fürerin qənimətləri” və “Allahlıq iddiası”, İsmayıl Axundovun “Keçinin buynuzu gicişəndə” və “Qafqaz dağlarında min qəhrəman var, hər daşın altında bir partizan var”, Qəzənfər Xalıqovun “Döymə qapımı, döyərlər qapını” və “Neft xülyası”, Mixail Vlasovun “Rus süngüsü” əsərlərində düşmənin işğalçılıq siyasəti parlaq boyalarla ifşa edilib.

Müharibə illərində rəssamların xalqımızın uzaq-yaxın qəhrəmanlıq keçmişini bədiiləşdirməsi səbəbsiz olmayıb, düşmənə qarşı mübarizə aparan xalqın hansı döyüş ənənələrinə malik olduğunu insanlara ruhlandırıcı qaynaq kimi təqdim etmək məqsədi daşıyıb. Bu mənada “Babəkin yürüşü” (müəllifləri Mikayıl Abdullayev, Sadıq Şərifzadə və Böyükağa Mirzəzadə), “Cavanşirin ərəblərlə döyüşü” (Kamil Xanlarov), “Babək” (Sadıq Şərifzadə), “Koroğlu” triptixi, “Fərhad qayanı yarır” (Cəlal Qaryağdı) və s. əsərlərinin adını çəkmək olar.

Azərbaycanlı əsgərlərin cəbhədə göstərdikləri igidliklər arxa cəbhədə çalışan rəssam və heykəltəraşların daim maraq dairəsində idi. Görkəmli tişə ustası Fuad Əbdürrəhmanovun yaratdığı “Təyyarəçi Hüseynbala Əliyev”, “Snayper İsrafil Məmmədov”, “Mərd döyüşçü “Gəray Əsədov” büstləri, Pinxos Sabsayın “Kamal Qasımov”un heykəli, Cəlal Qaryağdının “İsrafil Məmmədov. Zəmanəmizin Koroğlusu” barelyefi və “Təyyarəçi Adil Quliyevin portreti” əsərləri, Pinxos Sabsayın “Yenilməzlər” kompozisiyası, eləcə də Zivər Məmmədova və Hüseyn Əhmədovun yaratdığı plastika nümunələri xalqımıza xas döyüş xüsusiyyətlərini parlaq şəkildə əyaniləşdirən sənət nümunələridir.

Müharibə və qəhrəmanlıq mövzularında rəngkarlıq sahəsində ərsəyə gətirilən əsərlərin sırasında Ə.Kazımovun “Əlbəyaxa vuruşma”, Hafiz Məmmədovun “Kəşfiyyatçılar”, A.Abdullayevin “Qəhrəmanın həyat yolu”, Sadıq Şərifzadənin “Təyyarəçi Məzahir Abbasov”, Baba Əliyevin “S.Suprunun portreti”, Tağı Tağıyevin “Hüseynbala Əliyevin portreti”, G.Salamovanın “Muştuluq”, Böyükağa Mirzəzadənin “İ.Süleymanovun portreti” və “Qızıl əsgərlər kolxozçular arasında” tablolarını göstərmək olar.

Qrafika əsərinin çoxaldılması və kütləvi tirajla çap edilməsi bu əsərlərin ictimaiyyət və cəbhə bölgələrində yayılmasına imkan yaradıb. Bu mənada Əzim Əzimzadə, İsmayıl Axundov, Qəzənfər Xalıqov, Maral Rəhmanzadə, Əmir Hacıyev, və başqalarının hazırladıqları plakat və karikaturaları xüsusi qeyd etmək lazımdır.

Müharibə qələbə ilə sona çatdıqdan sonra da yaşanmış tarixə yaradıcıların marağı azalmadı. Demək olar ki, respublikamızın bütün yaşayış məntəqələrində müharibə iştirakçılarının şərəfinə monumental heykəltəraşlıq kompleksləri ucaldıldı. O vaxtdan bu günə kimi də bu mövzu fırça və tişə ustalarının yaradıcılığında yer almaqdadır.

Tanınmış rəssamlardan Tahir Salahovun Milli Azərbaycan Tarixi Muzeyində saxlanan “416-cı Azərbaycan diviziyası döyüşdə” və “Naməlum əsgər”, Mikayıl Abdullayevin “1941-ci ilin iyunu” rəngkarlıq triptixi, Vidadi Nərimanbəyovun “And”, “1941-ci il” və “Müharibə yollarında”, Salam Salamzadənin “Sovet İttifaqı Qəhrəmanı X.Mustafayevin portreti”, Əli Verdiyevin “Təslim”, “Qələbə”, “1941-ci ilin 22 iyunu”, Elbəy Rzaquliyevin “Qələbə bayramı” və “Yola salma”, Rasim Babayevin “Təcavüz”, Eyyub Məmmədovun “Mehdi Hüseynzadə”, Fərhad Xəlilovun “1945-ci ilin baharı”, görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun “General Həzi Aslanov” və “Partizan Mehdi Hüseynzadənin abidəsi”, Cəlal Qaryağdının “Həzi Aslanovun portreti” və “Snayper Ziba Qəniyeva”, Xanlar Əhmədovun “Qafur Məmmədovun portreti”, Tokay Məmmədovun “Partizan “Mixaylo”, K.Ələkbərovun “Partizan M.Seyidov”, Fazil Nəcəfovun “Osvensim”, Qorxmaz Sücəddinov və A.Mustafayevin “Müharibə faciəsi” əsərlərində, qrafika ustası Ələkbər Rzaquliyevin “Bakılılar Berlində”, Oqtay Sadıqzadənin “Uzaq sahillərdə” illüstrasiya silsiləsi, Cəmil Müfidzadənin “Müharibə xəbəri” və “Buhenvald” əsərləri müharibəyə həsr olunmuş yaddaqalan əsərlərdir, desək, yanılmarıq.

Haqqında söz açdığımız əsərlər xalqımızın tarixində əbədi qalacaq hadisənin bədii ifadəsi olduğundan, ona ictimaiyyətin marağı birmənalıdır. Bu əsərlər həm də nəsillər arasında əlaqənin möhkəmləndirilməsinə xidmət etdiyindən, onlar tarixi-bədii qaynaq kimi bütün mənalarda əhəmiyyət kəsb etməkdədir.

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək