İDMAN
Bakı İdman Sarayında badminton yarışlarının birinci günü başa çatıb
![](/files/galleryphoto/2015/2/1200x630/1434999420347747434_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349994204528228297_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434999420283553700_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349994203674734728_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143499942061416765_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434999420578204860_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434999420506637716_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434999421608961306_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349994211212230447_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349994213008223334_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434999421390209708_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349994211319854600_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349994215345058830_1200x630.jpg)
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Bakı İdman Sarayında badminton yarışlarına start verilib. Yarışlar qadınlar və kişilər arasında fərdi və cütlüklər üzrə keçirilib.
AZƏRTAC xəbər verir ki, badmintonçumuz Kənan Rzayev birinci görüşdə Mişa Zibelmana məğlub olub (0:2). Badmintonçumuz bu nəticə ilə çıxış etdiyi “B” qrupunda sonuncu - dördüncü yerdə qərarlaşıb. O, növbəti görüşü iyunun 23-də maltalı Samuel Kaliyə qarşı keçirəcək.
Kişilər arasında cütlüklərin yarışında da "B" qrupunda mübarizə aparan Kənan Rzayev-Orxan Qələntərov türkiyəli Emre Vural-Sinan Zorlu dueti ilə qarşılaşmada rəqibə ciddi müqavimət göstərə bilməyib - 0:2. İdmançılarımız qrupda fransa təmsilçiləri ilə üçüncü-dördüncü yerləri bölüşdürürlər.
Badminton üzrə mübarizənin birinci günündə qadınlar arasında fərdi, cütlük və qarışıq komanda yarışları da keçirilib. Qadınların mübarizəsində Azərbaycan təmsil olunmayıb.