Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda “Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti” mövzusunda konfrans keçirilib

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində noyabrın 21-də “Dayanıqlı inkişaf məqsədləri (DİM) və biznes mühiti” mövzusunda konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, ASK-ın prezidenti Məmməd Musayev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və iqtisadi islahatlar nəticəsində Azərbaycanda sahibkarlığın inkişafı, xüsusən də dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində mühüm addımlar atıldığını bildirib. Qeyd edib ki, ölkədə qeyri-neft sektorunun, regionların inkişaf səviyyəsinin artan dinamikası Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş milli sahibkarlığın formalaşmasının bariz nümunəsidir. Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2015-ci il 25 sentyabr tarixli qətnaməsi ilə növbəti 15 il müddətinə insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığını təmin edilməsinə təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarət “Gündəlik 2030” təsdiq edilib. Müəyyən edilmiş qlobal məqsəd və hədəflər dayanıqlı inkişafın bir-biri ilə vəhdət təşkil edən iqtisadi, sosial və ətraf mühit sahələrində tarazlı idarəetmənin həyata keçirilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən icrası zəruri hesab olunan kollektiv tədbirləri özündə əks etdirir. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alan ölkə rəhbərliyinin Fərmanı ilə Baş Nazirin müavini Əli Əhmədovun sədrliyi ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın qarşısına qoyulan məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən bir sıra önəmli tədbirləri əhatə edir. Hər bir ölkədə sahibkarlığın inkişafı orada yaradılan biznes mühitdən birbaşa asılıdır.

O deyib ki, ölkədə aparılmiş islahatların nəticələri beynəlxalq hesabatlarda da öz əksini tapıb, “Doing Business 2020” hesabatında Azərbaycan ümumilikdə 190 ölkə arasında 34-cü mövqedə qərarlaşıb. Belə ki, Azərbaycan kreditlərin əlçatanlığı üzrə 1-ci, biznesə başlama üzrə 9-cu, müqavilələrin icrası üzrə 28-ci, vergilərin ödənilməsi üzrə 40-cı, əmlakın qeydiyyatı üzrə 44-cü, müflisləşmənin həlli indikatoru üzrə 47-ci və tikinti üçün icazələrin alınması üzrə 59-cudur. Göründüyü kimi, Azərbaycanın bu hesabatda ən yüksək nəticə əldə etdiyi sahə kreditlərin əlçatanlığıdır. Bu göstərici üzrə kompleks biznes islahatları çərçivəsində “Daşınar əmlakın yüklülüyü haqqında” Qanuna və Mülki Məcəlləyə edilən dəyişikliklərlə uyğunlaşdırmaların aparılması daha çox səmərə verib.

“Eyni zamanda, Azərbaycanda biznes-mühitin vəziyyəti ilə bağlı dünyada ən məşhur və qəbul edilən iki indeksi diqqətinizə çatdırmaq istərdim. Bunlardan biri “İqtisadi azadlıq indeksi”dir ki, Azərbaycan müstəqillik tarixində iqtisadi azadlıq indeksini ən çox yaxşılaşdıran ölkədir və hazırda bu reytinqdə 61-ci yeri tutur. İkinci göstərici “Doing Business” reytinqidir, ölkəmiz burada 190 ölkə arasında ən çox islahat aparan 20 ölkədən biridir. Bunu təsdiqləyən faktlardan biri ondan ibarətdir ki, Azərbaycanda bu ilin 10 ayı ərzində əsas kapitala yönəldilmiş 11,4 milyard manat vəsaitin 63 faizi və ya 7,2 milyard manatı qeyri-neft sektoruna yönəldilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artım deməkdir”, - deyə M.Məmmədov qeyd edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov isə bildirib ki, BMT-nin 2015-ci ildə sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlikdə əks olunan dayanıqlı inkişaf məqsədləri 2016-cı il yanvarın 1-i tarixində rəsmi şəkildə qüvvəyə minib. Qlobal məqsədlər kimi tanınan dayanıqlı inkişaf məqsədləri minilliyin inkişaf məqsədlərinin əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Həmin Fərmanın icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində Milli Əlaqələndirmə Şurasının fəaliyyətinin təşkili üçün Katiblik formalaşdırılıb. Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupunun birgə müzakirəsi ilə Azərbaycan üçün prioritet hesab edilən məqsəd, hədəf və ona uyğun göstəricilərin yekun layihəsi hazırlanıb və şuranın bu il fevralın 7-də keçirilən iclasında təsdiq edilib. Yekun layihəyə əsasən, Azərbaycan üçün 17 məqsəd, 88 hədəf və 119 göstərici prioritet hesab edilərək təsdiq olunub və bu sahədə silsilə tədbirlər keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev qeyd edib ki, 2013-cü ildən bu günə minimum əmək haqları ölkədə 20 dəfə, orta aylıq əməkhaqqı 7,5 dəfə, minimum pensiya 10 dəfə, orta aylıq pensiya 9,7 dəfə, ölkədə 2,2 milyondan çox yeni iş yerləri yaradılıb. Ölkə başçısı tərəfindən 2018-ci ildən başlayaraq sosial sahədə tamam fərqli və daha dərin islahatlar həyata keçirilir. Ötən iki il ərzində bu işləri təhlil etdikdə görürük ki, sosial sahənin bütün istiqamətləri üzrə həm vətəndaşlara xidmət, həm sosial ödənişlərin adekvatlığının təmini, şəffaflığın təmin olunması, vətəndaş-məmur təmasının azaldılması ilə bağlı çox ciddi qərarlar qəbul edilib.

Sonra ASK-ın vitse-prezidenti Jalə Hacıyeva və konfederasiyanın Baş katibinin müavini Fuad Hümbətovun moderatorluğu ilə müzakirələr aparılıb. Konfransda sahibkarlığın və iqtisadi inkişafın müxtəlif parametrləri üzrə keçirilmiş sorğunun nəticələri təqdim olunub.

Qeyd edilib ki, sorğuda Bakı və rayonlarında fəaliyyət göstərən 500 şirkət iştirak edib. Ölkədə keçirilən islahatları dəstəkləyən iştirakçılar qanunvericilik bazasının və dəstək mexanizmlərinin tətbiqi ilə bağlı əlavə məlumatlara ehtiyac duyduqlarını bildiriblər. Ümumiyyətlə, sahibkarlar gələcəyə böyük ümidlə baxdıqlarını, bizneslərini böyüdəcəklərini qeyd ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəkidə fərdi yaşayış evində yanğın olub

“Reuters”: Makronun oyunu Avropanın gələcəyini təhlükə altına salır

“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

Ankaradakı təlimlərin 4-cü günü: Media nümayəndələrinə zəruri müdafiə fəndləri öyrədilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

XİN Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astana görüşü ilə bağlı Bəyanat yayıb

“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub

Türkiyə Milli Müdafiə Nazirliyi: Suriya və İraqda ilin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Azərbaycanın mina problemi Belçikada keçirilən silsilə tədbirlərdə müzakirə olunur

IELTS imtahanında uğur qazanmış BDU tələbələri təltif ediliblər

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi

Ağstafa Gənclər evinə mediatur təşkil edilib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb

Prokurorluq: MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Fransızların yarısı seçkilərdə Le Penin partiyasının qalib gəlməsini istəyir

“Gasgoo” nəşri: “BYD” konqlomeratı Azərbaycana elektrik avtobusları tədarük edəcək

Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb

"İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi keçirilib

Hava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb

AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanvermə aksiyası keçirilib

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

UNEC magistraturaya qəbul olanlara müraciət edib

Konstitusiya Məhkəməsində İraq Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Gənc Avropa səfirləri Bakıda süni intellektdən istifadəyə dair təlim keçiblər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvada uşaq evində olublar VİDEO

Azərbaycan Prezidenti: COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik

Antonio Quterreş: ŞƏT dünyanın ən böyük regional təşkilatıdır

Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub

Prezident İlham Əliyev: Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Prezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024” İllik Konqresi və Baş Assambleyasında iştirak edib

Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

Astanada “ŞƏT plyus” formatında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib  YENİLƏNİB-3 VİDEO

Yenidən təmir olunan Ağstafa peyntbol və atıcılıq mərkəzi fəaliyyətini genişləndirir

“Vikipediya”nın gürcü dili bölməsində azərbaycanəsilli istifadəçilərin fəallığı artır

Bölgələrdəki günərzi qayğı mərkəzlərində 900-dən çox uşağa xidmətlər göstərilir

® “Caspian Energy Club Czechia” aktiv fəaliyyətini davam etdirir

“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb

Ersin Tatar: ŞKTR-i dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdaram

Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib

AQTİ sahibkarlar üçün infotur təşkil edib

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

Fransada seçkilərin növbəti turundan sonra potensial iğtişaşların qarşısının alınmasına daha çox polis əməkdaşı cəlb olunacaq

Coğrafiya İnstitutunun iştirakı ilə Almaniyada geoparklarla bağlı beynəlxalq seminar keçirilib

Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı mərkəzi”nə iyun ayında 504 zəng daxil olub

Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub

Türkiyəli ekspert: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın qlobal nüfuzunu artıracaq

Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi tədris ilini uğurla başa vurub

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşada işgüzar görüşü keçirilib

Tbilisidəki Mtastminda parkında yanğın baş verib

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Astanada “ŞƏT Plyus” görüşü keçirilir

® “Kapital Bank”ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Monitorinq aparılan 19 kartofçuluq təsərrüfatında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb

Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru

Ağsu və Kürdəmirdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması faktı aşkarlanıb

ŞƏT-in Zirvə toplantısına növbəti dəvət Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - ŞƏRH

Ölkəmizdə ilk dəfə “İFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

“Magellanın dövri-aləm səyahəti” romanı almancadan ana dilimizə tərcümə olunub

Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub

“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib

Ali Məhkəmədə İraq Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib VİDEO

Zaqatalada maşın aşıb, 6 nəfər xəsarət alıb VİDEO

Qazaxıstan Milli Muzeyinin nümayəndə heyəti Elmi Bərpa Mərkəzində olub

Fransada parlament seçkilərinin ikinci turu üçün 30 min polis və jandarma səfərbər ediləcək

Belarus nümayəndə heyəti DOST Agentliyində olub

Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun yeni kitabı çap olunub

Şimali Makedoniya Prezidenti COP29-da iştiraka dəvət olunub

“General Motors” konserni 145,8 milyon dollar cərimələnib

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi Londonda təmsil edəcəklər

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

İstanbulda miqrant qaçaqçılığı ilə məşğul olan 76 nəfər həbs edilib

Rumıniyada prezident və parlament seçkilərinin vaxtı dəqiqləşib

İkinci rübdə Energetika Nazirliyi tərəfindən 51 icazə verilib

Torpaq sürüşmələrinin artmasında leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb

Mərkəzi Bank “PashaPay”a elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək üçün lisenziya verib

Zelenski Ukraynanın yeni əks-hücuma başlamasının şərtini açıqlayıb

Baş Prokurorluq: Yasamal rayonunda söküntü işlərinin aparılması ilə bağlı araşdırma aparılır

Turizm və Menecment Universitetində “Məzun günü” keçirilib