Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA “MƏDƏNİYYƏTLƏRARASI DİALOQDA QADINLARIN ROLUNUN GENİŞLƏNDİRİLMƏSİ” MÖVZUSUNDA BEYNƏLXALQ FORUM İŞƏ BAŞLAMIŞDIR

AZƏRTAC xəbər verir ki, iyunun 10-da Bakıdakı “Gülüstan” sarayında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq forum işə başlamışdır.

Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak edirlər.

Beynəlxalq forumun iştirakçısı olan yüksək səviyyəli qonaqlar “Gülüstan” sarayına gəldilər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanı, Polşanın birinci xanımı Mariya Kaçinskini, Cənubi Afrika Respublikasının birinci xanımı Zanele Mbekini, Anqolanın birinci xanımı Ana Paula duş Santuşu, Latviya Respublikasının birinci xanımı Lilita Zatleri, ABŞ-ın Texas ştatının birinci xanımı Anita Perrini, Rusiya Federasiyası Şurası sədrinin müavini Svetlana Orlovanı, Argentinanın vitse-prezidentinin xanımı Marta Kristina Çeruti Dekobosu, Bəhreyn xarici işlər nazirinin xanımı şeyxa Veysəli səmimiyyətlə qarşıladı.

Azərbaycanın birinci xanımı qonaqların hər biri ilə xatirə şəkli çəkdirdi.

Sonra forumun rəsmi açılış mərasimi oldu.

Qonaqları Bakıda salamlamaqdan məmnunluğunu bildirən MEHRİBAN XANIM ƏLİYEVA dedi ki, bu forum Heydər Əliyev Fondunun, YUNESKO-nun və İSESKO-nun birgə səyləri ilə həyata keçirilir. Mən həmin təşkilatlara və onların rəhbərliyinə - YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuraya və İSESKO-nun baş direktoru cənab Əbdüləziz bin Osman Əl-Tüveycriyə öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Forumda iştirak etmək üçün Bakıya gələn yüksək səviyyəli qonaqları təqdim edən Mehriban xanım Əliyeva bildirdi ki, son 15 ildə alimlər və yazıçılar, din xadimləri və siyasətçilər çox sadə səslənən bir suala cavab axtarırlar: Dialoq, yoxsa qarşıdurma? Bu problem bir çox beynəlxalq forumların və konfransların əsas mövzusu olubdur. Zənnimcə, hər bir belə toplantı özlüyündə dialoq olaraq müxtəlif ölkələrin və mədəniyyətlərin təmsilçilərini bir araya gətirməklə böyük əhəmiyyət kəsb edir. Belə görüşlər ən azı insanların bir-birini daha dərindən tanımasına, fikir və təcrübə mübadiləsinin aparılmasına xidmət edir.

Bu gün biz mədəniyyətlər və sivilizasiyalararası dialoq probleminə qadınların gözü ilə baxmalıyıq, qadın mövqeyini qabartmalıyıq. Qadın olan yerdə həmişə səmimiyyət var, sevgi var, məhəbbət var. Qadın olan yerdə düşmənçiliyə, qarşıdurmaya, nifrətə yer yoxdur. Zənnimcə, qadınlar əzəldən bəri dialoq tərəfdarıdırlar. Məhz ona görə, qadın potensialı dialoqun möhkəmlənməsində böyük rol oynaya bilər. Mən ümidvaram ki, konfransımız səmərəli keçəcək, iki gün ərzində müxtəlif fikir və təkliflər səslənəcək və konfransımızın nəticələri mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə layiqli töhfəsini verəcəkdir.

Forumu açıq elan edən Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubu göndərdiyini bildirdi.

Sonra Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə dövlətimizin başçısının forum iştirakçılarına təbrikini oxudu.

Sonra İSESKO-nun baş direktoru ƏBDÜLƏZİZ BİN OSMAN ƏL-TÜVEYCRİ çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı, forumun iştirakçılarını salamladı və mədəniyyətlərarası dialoqa dair tədbirlərin keçirilməsinə göstərdiyi yüksək dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.

BMT Baş Məclisinin qərarı ilə 2001-ci ilin sivilizasiyaların dialoqu ili elan olunması ilə mədəniyyətlərarası dialoq ideyasının yeni mərhələyə qədəm qoyduğunu xatırladan İSESKO-nun baş direktoru dedi ki, bugünkü görüşümüz ümumbəşəri mədəniyyətə, sülhə və əmin-amanlığa yeni töhfələr verəcəkdir.

Qadınlar mədəniyyətlərin dialoqunun inkişaf etdirilməsində çox mühüm rol oynayırlar. Onlar gənc nəslin tərbiyəçisidirlər. Onlar cəmiyyəti quran ailənin özəyidirlər. Onlar gənc nəslə ideal dəyərlər və ali prinsiplər aşılayırlar.

Mədəniyyətlər və sivilizasiyalararası dialoqun hamının işi olduğunu bildirən Əbdüləziz bin Osman Əl-Tüveycri diqqətə çatdırdı ki, bu sahədə qadınların rolu danılmazdır. Bunun üçün qadınlar ilk növbədə savadlı olmalı, mükəmməl təhsil almalıdır. Lakin bu o demək deyildir ki, qadınların fəaliyyəti ev işləri və ya təhsillə məhdudlaşır. Əlbəttə, qadınlar fəaliyyət üçün daha çox imkana malikdirlər. Təhsil dedikdə, biz mədəniyyətlərin dialoqundakı dəyərlərə əsaslanan təhsili nəzərdə tuturuq.

Qadınların cəmiyyətdə rolunu yüksəldən əsas amil onların mədəniyyətlərarası dialoqda fəal iştirakıdır. Onlar bu yolla dünyada sülhə və qarşılıqlı anlaşmaya nail ola bilərlər. Bu gün qadınları sivilizasiyaların dialoqunda və ümumi məqsədlərə nail olmaq istiqamətində beynəlxalq hərəkatlara fəal cəlb etməyə ciddi ehtiyac vardır.

Bu forumda yaradılan imkandan istifadə edərək hamını mədəniyyətlərin dialoqunda və millətlər arasında anlaşmanın inkişaf etdirilməsi istiqamətində birlikdə çalışmağa, bununla da sülhün və insanların dinc yanaşı yaşamasının düşmənlərinin irqi, dini və mədəni ayrı-seçkiliyə çağırışlarının qarşısını birlikdə almağa çağırıram.

Forumda YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın videomüraciəti nümayiş olundu. Koişiro Matsuura əvvəlcə forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə, xüsusilə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Dedi ki, bu cür yüksək səviyyədə tədbirin keçirilməsi Mehriban xanım Əliyevanın qadınlara göstərdiyi yüksək diqqətin təzahürüdür.

K.Matsuura qeyd etdi ki, bu forumun keçirilməsi gender bərabərliyinin inkişafına təkan verəcəkdir. Tarixən müxtəlif danışıqlar, dialoqlar mövcud olmuşdur, amma bu cür dialoqun aparılması qloballaşan dünyada qadınların rolunu yüksəldəcəkdir. Qadınlar müasirliyin və təfəkkürün formalaşmasında mühüm rol oynayırlar.

Gender bərabərliyi YUNESKO-nun 2008-2010-cu illər üçün qlobal prioritetidir. Ümid edirəm ki, bizim təşkilatımız gələcəkdə bu istiqamətdə yeni mexanizmin yaradılmasında mühüm rol oynayacaqdır.

YUNESKO-nun baş direktoru əmin olduğunu bildirmişdir ki, bu forum qadınların rolunu artırmaqla yanaşı, dünya ictimaiyyətinin məsələyə diqqətini yüksəldəcəkdir. Forumda aparılacaq müzakirələr dünyada qadınların qarşılaşdıqları problemlərin həllində mühüm rol oynayacaqdır.

Mədəniyyətlərarası dialoqun çox vacib məsələ olduğunu qeyd edən Polşanın birinci xanımı Mariya Kaçinski öz ölkəsində tarixən mövcud olan tolerantlıq adət-ənənələrinin davam etdirildiyini bildirdi.

Sözsüz ki, qadınlar gənc nəslin tolerantlıq ruhunda yetişməsində mühüm rol oynayırlar. Ona görə də qadınların potensialından siyasətdə, iqtisadiyyatda, mətbuatda, ümumiyyətlə müxtəlif sahələrdə geniş istifadə olunmalıdır.

M.Kaçinski dedi ki, bəzi ölkələrdə qadınların bir çox hüquqlardan məhrumluğu davam edir. Bu gün qloballaşan dünyada müxtəlif nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə qadınların hüquqlarının qorunması məsələsi xüsusi yer tutur. Mən hesab edirəm ki, mədəniyyətlərarası dialoqlar bu sahədə problemlərin həllinə təkan verəcəkdir.

Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan çıxışında bu cür mötəbər tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycann birinci xanımı Mehriban Əliyevaya, YUNESKO-ya və İSESKO-ya, Azərbaycan dövlətinə xüsusi minnətdarlığını bildirdi. Ölkəmizdə olmasından böyük şərəf duyduğunu deyən qonaq, forumun mədəni dəyərlərin qorunmasına layiqli töhfələr verəcəyinə əminliyini vurğuladı. Ə.Ərdoğan bildirdi ki, hazırda dünyada baş verən proseslərdə qadınların rolu artır. Cəmiyyətin təkanverici qüvvəsi olan qadınların rolunun daha da artması üçün səyləri birləşdirməliyik. Bu cür forumların mədəniyyətlərarası dialoqun inkişafına təsirini nəzərə alaraq Ə.Ərdoğan belə bir tədbirin gələn il Türkiyədə keçirilməsi haqqında qərara gəlindiyini söylədi. Qadınların cəmiyyətin inkişafında əvəzsiz xidmətlərini vurğulayan natiq, bu sahədə inkişaf etməkdə olan ölkələrə kömək göstərməyin vacibliyini vurğuladı.

Anqolanın birinci xanımı Ana Paula duş Santuş Azərbaycanda olmağından və qadın problemlərinə həsr olunmuş belə əhəmiyyətli forumda iştirakdan məmnun qaldığını söylədi. Bildirdi ki, tarixən Azərbaycan Asiya ilə Avropanı birləşdirən mədəni yollar üzərində yerləşən ölkədir. Xanım duş Santuş Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfələri xüsusi vurğuladı, Azərbaycanın mədəni irsinin zənginliyinin digər xalqlar üçün nümunə olduğunu söylədi.

Anqola Prezidentinin vaxtilə Azərbaycanda təhsil aldığını qeyd edən natiq ölkəmizdə təhsilin yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. Xanım Ana Paula duş Santuş Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq forumun ölkəmizin demokratik dəyərlərə, qadın hüquqlarının qorunmasına və mövcud problemlərin həllinə göstərdiyi diqqətin parlaq təzahürü olduğunu xüsusi qeyd etdi. Natiq qadınların cəmiyyətə inteqrasiyasının həmin cəmiyyətin inkişafına səbəb olacağını, qadın xoşbəxtliyinin həmin cəmiyyətin inkişafının təməlini təşkil etdiyini, eləcə də Bakı forumunun mədəniyyətlərarası dialoqun inkişafına təkan verəcəyinə əminliyini bildirdi.

Latviyanın birinci xanımı Lilita Zatler mədəniyyətlərarası dialoqda qadınların rolu mövzusunun məhz Bakıda müzakirə edilməsinin onu həddindən artıq sevindirdiyini bildirdi. Məşhur yazıçı Kiplinqin Şərqlə Qərbin heç zaman birləşə bilməyəcəyi barədə fikri ilə razılaşmadığını qeyd edən xanım Zatler, bugünkü tədbirin onun qənaətinə bariz nümunə olduğunu dedi, qadınların sivilizasiyanın mühüm tərkib hissəsi olduğunu, kişilərlə bərabər cəmiyyətin idarə edilməsində onların rolunun artırılmasının vacibliyini vurğuladı.

Latviyanın birinci xanımı qeyd etdi ki, cəmiyyətdə bilikləri və mədəniyyəti məhz qadınlar yayırlar. Müxtəlif dinlərə məxsus insanların, xüsusən də qadınların xoş münasibətinin vacibliyini qeyd edən natiq, tolerantlığın qadınların mahiyyətində olduğunu diqqətə çatdırdı, fikrini ölkəsinin nümunəsində izah etdi.

Bildirdi ki, son 20 ildə Latviyada inkişaf üçün əlverişli şərait vardır və qadınlar cəmiyyətdə balansın yaradılmasında mühüm rol oynayırlar.

Cənubi Afrika Respublikasının birinci xanımı Zanele Mbeke Azərbaycan Prezidenti İlham Əliyevə foruma göndərdiyi təbrikə və xoş arzulara görə minnətdarlığını bildirdi.

Azərbaycan paytaxtını sivilizasiyalar arasında körpü, qonaqpərvərlik rəmzi adlandıran xanım Z.Mbeke, artıq tarixi İpək yolunun üzərində yerləşən Bakının zəngin ənənələrə malik olduğunu qeyd etdi, göstərilən qonaqpərvərliyə görə təşəkkürünü çatdırdı.

O, Qərb ilə Afrika arasında fərqlərin yaranmasının səbəblərinin bu qitənin zorla mənimsənilməsindən meydana gəldiyini, lakin cəmiyyətin müsbətə doğru inkişafını nəzərə alaraq zaman keçdikcə bu fərqlərin də aradan qaldırılacağına əminliyini bildirdi. Çünki hazırda sülhün, dialoqun, humanizmin inkişaf etdirilməsi istiqamətində daha real addımlar atılmağa başlanılmışdır.

Xanım Z.Mbeke forum iştirakçılarını daxili zənginliyin artırılmasına, xoş rəftarın və uğurlu işlərin davam etdirilməsinə çağırdı.

Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini Svetlana Orlova Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş forumun işinə uğurlar arzuladı, iştirakçıları Federasiya Şurasının sədri Mironovun təbrik məktubunun mətni ilə tanış etdi.

Xanım S.Orlova forumun mövzusunun aktuallığını xüsusi qeyd edərək bunun cəmiyyətdə qadınların rolunu dəyərləndirməyənlərə tutarlı cavab olduğunu vurğuladı. Qadınları ailə ocağının hamisi adlandıran rusiyalı qonaq qeyd etdi ki, qadınların beynəlxalq əlaqələrinin artması öz növbəsində dövlətlərarası və xalqlararası əlaqələrə də mühüm təsir göstərir.

Azərbaycanın, xüsusən onun paytaxtı Bakının son illər sürətlə inkişaf etdiyini, böyük uğurlara imza atdığını xüsusi vurğulayan S.Orlova, dünyaya hər şeydən çox harmoniyanın lazım olduğunu söylədi, bu işdə qadınların üzərinə böyük vəzifələr düşdüyünü, bunun üçün yaxşı anaların sayının artırılmasının vacibliyini bildirdi.

ABŞ-ın Texas ştatının birinci xanımı Anita Perri beynəlxalq Bakı forumunun təhlükəsizliyin artırılması, qadınlara qarşı diskriminasiya ənənələrinə son qoyulması istiqamətində mühüm addım olduğunu söylədi.

A.Perri ABŞ kimi demokratik dəyərlərin inkişaf etdiyi ölkələrdə də qadınların bir sıra problemlərlə üzləşdiyini vurğuladı, insan zorakılığına, ədalətsizliyə qarşı mübarizədə mövcud imkanların birgə təhlilini aparmağın vacibliyini qeyd etdi.

Argentina vitse-prezidentinin xanımı Marta Kristina Çerutti de Kobos qızlara və qadınlara qarşı diskriminasiya hallarının qarşısının alınması məqsədi ilə təhsil sahəsində mövcud imkanları daha da genişləndirməyin zəruri olduğunu söylədi.

Qonaq dedi ki, qadınların cəmiyyətdə, xüsusən təhsil sistemində rolu böyükdür. İntellektual səviyyədə qadınların cəmiyyətdə rolu əvəzedilməzdir. Ən vacib məsələlərdən biri qızların pulsuz təhsillə təmin olunmasıdır.

Forumda çıxış edən ABŞ-ın Con Hopkins Universitetinin professoru Frensis Fukuyama ilk dəfə Bakıda 20 il öncə olduğunu söylədi, budəfəki gəlişində böyük dəyişikliklərin şahidi olduğunu qeyd etdi.

Qlobal tendensiyaların inkişaf etdiyi cəmiyyətdə qadınların rolunun artdığını vurğulayan professor, müxtəlif ölkələrdə qadınlara yanaşmada fərqlərin mövcudluğunu diqqətə çatdırdı.

Bildirdi ki, müasirləşən dünyada artan iqtisadi inkişaf nəticəsində qadınların statusu da dəyişir və bu fərqlər aradan qalxır.

Tarixə ekskurs edən professor Şərqdə qadınların statusunun kişilərin statusundan asılı olduğunu, kişilərin cəmiyyətdəki mövqeyi dəyişdikcə, qadının da mövqeyində fərqlər baş verdiyini söylədi, xüsusən oğul doğan qadınların Şərqdə statusunun yüksək olduğunu, Qərbdə isə qadınların statusunda dəyişikliyin katolik kilsəsinin onlara mülkiyyət hüququ verdikdən sonra meydana gəldiyini bildirdi.

Müasir cəmiyyətdə iqtisadi və texnoloji inkişafın qadınlara da böyük təsir göstərdiyini, ağıl gücünün fiziki gücü getdikcə üstələdiyini qeyd edən natiq, ABŞ-da işçi qüvvəsinin 60 faizinin qadınlardan ibarət olduğunu vurğuladı, bütün dünya üzrə isə bu rəqəmin artıq 50 faizə çatdığını qeyd etdi. Professor vurğuladı ki, cəmiyyətin həyatında qadınların rolunu artırmaq üçün mədəni amillərin inkişafına xüsusi önəm verilməlidir.

Forumun açılış sessiyası başa çatdıqdan sonra tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

                    X X X

Fasilədən sonra beynəlxalq forum işini sessiyalarda davam etdirdi.

“İnsan sivilizasiyasının münaqişəsi, yoxsa birliyi?” mövzusundakı sessiyaya Avropa Şurasının sabiq baş katibi, “Sivilizasiyaların Dialoqu” Dünya İctimai Forumunun beynəlxalq əlaqələndirmə komitəsinin sədri Valter Şvimmer sədrlik etmişdir.

Bakı forumunun keçirilməsini yüksək qiymətləndirən V.Şvimmer dedi ki, Azərbaycanın bu foruma ev sahibliyi etməsi onun insan hüquq və azadlıqlarının, eləcə də qadın hüquqlarının qorunmasına verdiyi önəmin xüsusi göstəricisidir. Xanım Mehriban Əliyeva giriş nitqində həlli vacib məsələlərə toxundu. Bu məsələlər əslində təkcə sizi deyil, bütövlükdə Avropanı və dünyanı düşündürən və narahat edən məsələlərdir. Biz çalışacağıq ki, gələcək fəaliyyətimizdə buna xüsusi diqqət yetirək və qaldırılan məsələlərin həllinə nail olaq.

Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış etdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH