“Baku Jazz Festival”ın direktoru: Tarix və mədəniyyətimizlə bağlı hər şey çox önəmlidir
Bakı, 3 dekabr, Anara Axundova, AZƏRTAC
Rejissor Mikayıl Mikayılovun quruluşunda Azərbaycan Dövlət Yuğ Teatrının “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc” tamaşasının premyerası Bakıda nümayiş olunub.
Tamaşa başa çatdıqdan sonra AZƏRTAC-ın müxbiri təqdimatın qonaqları ilə söhbət edib. “Baku Jazz Festival”ın direktoru Leyla Əfəndiyeva bildirib ki, tamaşanın hansı interpretasiyada təqdim olunduğunu və rejissorun tariximizə baxışını böyük maraqla görməyə gəlib: “Bakıda hər ay çoxlu sayda mədəni tədbirlər keçirilir. Onların arasında xarici truppaların göstərdiyi və əsasən dünya klassikası üzərində səhnələşdirilən tamaşalar da var. Amma şəxsən mənim üçün tariximizlə bağlı olan hər bir iş çox dəyərlidir. Xüsusilə son illərdə həm tariximiz və mədəniyyətimiz haqqında filmlərin, həm də əlbəttə ki, belə səhnə əsərlərinin daha çox olması arzusundayam. Yaşadığımız məkan bizim beşiyimizdir. Tariximiz və mədəniyyətimizlə bağlı olan hər şey də çox önəmlidir”.
Xatırladaq ki, bu ilin oktyabr ayında “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc” tamaşası Meksikada keçirilən 35-ci “Kimera” Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında (The Quimera International Festival of Art and Culture) böyük uğurla nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
- 06.08.2026 [17:42]
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
- 06.08.2026 [14:26]
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
- 06.08.2026 [12:39]
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
- 06.08.2026 [12:31]
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb VİDEO
- 06.08.2026 [12:29]
Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film hazırlanır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]