REGİONLAR
Balakəndə stolüstü tennis üzrə rayon turnirinin qalibləri müəyyənləşib
![](/files/galleryphoto/2022/1/1200x630/16435730953807962586_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16435730956454832760_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16435730954051432565_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1643573095379403774_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1643573095660341590_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16435730956245831400_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1643573095414849189_1200x630.jpeg)
Balakən, 31 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
2 fevral- Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə elan olunmuş “Gənclər həftəsi” çərçivəsində Balakən rayonunda stolüstü tennis üzrə rayon turniri keçirilib. Rayon Gənclər və İdman İdarəsi, Gənclər evi və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 30 tennisçi mübarizə aparıb.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, turnirin açılış mərasimində idarənin rəisi Rasim Paçalov çıxış edərək, gəncləri qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından söz açıb.
Tennisçilər iki yarımqrupda mübarizə aparıblar. Yekun nəticələrə əsasən, həvəskar tennisçilərin yarışında Məhəmməd Məmmədov turnirin qalibi adını qazanıb. Sərxan Hacıyev və Ruslan Varşayev müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Veteran tennisçilərin yarışında isə Rövşən İbadov qalib gəlib. Sonrakı yerləri Vüqar İbadov və Tacəddin Süleymanov tutublar.
Hər iki yarımqrupda ilk üç yeri tutan idmançılar diplomlarla mükafatlandırılıblar.