Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Baş leytenant: Bu Vətənin hər qarışı gözəldir

Bakı, 27 fevral, AZƏRTAC

Dünyada çox müqəddəs sevgilər var: ata-ana, bacı-qardaş sevgisi, övlad sevgisi... Bu sevgilərin hər biri ülvi hisslərə söykənir, müqəddəs duyğulardan su içir...

Belə ülvi sevgilərdən biri də yurd, Vətən sevgisidir. İlk dəfə dünyaya göz açdığın, addım atıb divarlarından tuta-tuta yeridiyin doğma ocaq, kölgəsində oynadığın ağac, küçələrini, dalanlarını dolaşdığın məhəllə.... O yer ki, dünya ilə tanışlığın oradan başlayır. İlk dəfə dünyaya oradan boylanırsan, çantanı götürüb məktəbə qədəm basırsan, küçələrinə çıxıb adamlarına qaynayıb-qarışmağa başlayırsan...

Rauf Məhyəddin oğlu Quliyev üçün Vətən sevgisi Bakının Qaradağ rayonundan başlayıb. O, ilk dəfə burada dünyaya salam verib, yaşıdlarına qoşulub qaçdı-tutdu, gizlənpaç, dava-dava oynayıb. O vaxt nəinki onun özünün, heç kəsin ağlına da gəlməzdi ki, üstündən illər keçəcək, əlində oyuncaq tapança məhəllə uşaqları ilə “dava-dava” oynayan Rauf əlində avtomat azğın düşmənə qarşı Vətən torpaqlarının müdafiəsi keşiyində dayanacaq...

Vətən müharibəsi başlananda o, 36 yaşının içində idi. Evin tək övladı, anasının yeganə ümid yeri olan Rauf iki övladını həyat yoldaşına əmanət edərək silaha sarılıb. Onun döyüş yolu Tərtərin Suqovuşan qəsəbəsi, Talış kəndi və Ağdərədən keçib.

Öz cəsarəti, qorxmazlığı, mübarizliyi ilə taqımda hamıya nümunə olan tank əleyhinə taqımın komandiri, baş leytenant Rauf Quliyev tabeliyindəki əsgərlərə göstərdiyi qayğı ilə döyüş yoldaşlarının böyük sevgisini qazanıb. Taqımda onunla birlikdə xidmət edənlər Raufun döyüşçü keyfiyyətlərindən ağızdolusu danışırlar. Onun xüsusi bacarığı, qurduğu planlar bir neçə dəfə düşmən hiyləsinin boşa çıxmasına, tabeliyində olduğu taqımın irəliləməsinə səbəb olub.

Komandir özü isə bu barədə danışmağı sevmir: “Vətəni sevmək imandandır, - deyiblər. Qoynunda böyüdüyümüz, ayaq tutub yeridiyimız, havasını udub suyunu içdiyimiz Vətən qarşısındakı övladlıq borcumuzu yerinə yetirmək üçün hər şeyə hazıram. Bu fürsət 2020-ci ilin sentyabrında yetişəndə heç bir tərəddüd etmədən ordu sıralarına yazıldım. Biz öz torpağımız uğrunda haqq savaşı aparırdıq. Mənfur düşmənin işğalı altına düşmüş əraziləri azad etmək bizim boynumuza düşmüşdü. Otuz il xalqımızın bu dəhşətli bəladan nə qədər əziyyət çəkdiyini görmüşük. Əvvəl-axır, gec-tez onu quldur birləşmələrindən təmizləməli, haqqımıza sahib çıxmalı idik. Hərçənd ki, bu intiqam üç on ilə yaxın vaxt aldı, 30 ilə yaxın yurd həsrətinə dözmək lazım gəldi. Şükür ki, axırda hər şey yerbəyer oldu. Bu Vətənin hər qarışı gözəldir. Onu bizə sevdirən də elə bu gözəllik, doğmalıq hissidir. Vətənsevər oğulların, cəsur əsgərlərin göstərdiyi igidlik sayəsində Cəbrayıldan başlamış Şuşaya qədər hər yerdə üçrəngli Azərbaycan bayrağı dalğalandı. Həmin döyüşlərin iştirakçısı olduğum və bu tarixə şahidlik etdiyimə görə özümü xoşbəxt hiss edirəm”.

Baş leytenantın silahdaşlarından olan Vətən müharibəsi qazisi Zakir İmanov onun haqqında deyib: “O, bütün döyüşlərdə həmişə öndə gedirdi. Taqımın bütün üzvlərini diqqətdə saxlayır, onları qorumağa çalışırdı. Müharibənin yazılmamış qanunları var: sən həm şəhid, həm də qazi ola bilərsən. Döyüş əməliyyatları zamanı şəhid olan əsgərlərə görə komandirin üzündə üzgünlük, nifrət və intiqam hissi açıq-aydın oxunurdu. O, nə şəhidi, nə də yaralını döyüş meydanında qoymazdı. Əməliyyat planını, hücum taktikasını hər şeyi nəzərə alaraq qurduğuna görə uğurla nəticələnirdi. O, çox güclü hissiyyata malikdir. Müharibənin getdiyi 44 gün ərzində buna bir neçə dəfə şahid olmuşuq. Bir dəfə Ağdərə istiqamətinə hücuma keçməyə hazırlaşırdıq. Bir az gözləmək əmri aldıq. Bu zaman baş leytenant Rauf Quliyev texnika səsi eşitdiyini, düşmən tanklarının mövqelərimizə doğru yaxınlaşdığını dedi. Doğrusu, onun bu sözlərinə heç kəs inanmadı. Hətta ona qulağında atışma səsləri qaldığını deyənlər də oldu. Ancaq... komandir yanılmamışdı. Elə həmin an rabitə vasitəsilə bizə xəbər etdilər ki, üstümüzə düşmən texnikası gəlir. Hücumun qarşını almaq barədə təcili əməliyyat planı hazırladıq və həmin döyüşdə düşmənə layiqli cavab verdik. Hücumu dəf etməklə yanaşı, irəlilədik də”.

Döyüş yoldaşı deyir: “Rauf yaşca hamımızdan böyük idi və bütün əsgərlərə kiçik qardaş gözü ilə baxırdı. Onun dostları cəbhə zonasına çoxlu ərzaq, geyim və digər sovqat göndərirdilər. O, hər şeyi əsgərlər arasında ədalətlə bölür, paylayır, özünə isə heç nə saxlamırdı. Buna görə də hamının rəğbətini qazanmışdı”.

2020-ci ilin payızında Azərbaycan Milli Ordusu 44 gün davam edən və xalqımızın hərb tarixində şərəfli iz qoyan şücaətlə dolu bir dastan yazdı. Həmin qəhrəmanlıq dastanının sətirləri arasında da döyüşlərdə iştirak edən hər bir əsgər və zabitin silinməz izi var. Onlardan biri də 'Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunan tank əleyhinə taqımın komandiri, baş leytenant Rauf Quliyevdir...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Alimə Qasımova: Xalçalara uşaq kimi yanaşıram

Prokurorluq: Bakıda odlu silahla qəsdən adam öldürmə faktına görə cinayət işi açılıb - YENİLƏNİB

Milli Hidrometeorologiya Xidməti: Lənkərançayda suyun səviyyəsi 47 sm artıb

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Tbilisidə keçiriləcək

Avro-2024: Çexiya - Türkiyə oyunu başlayıb

Ukraynalı qonaq: Uşaqlarımız Azərbaycanda özlərini çox rahat, təhlükəsiz hiss edirlər

Şərur rayonunda küləkli hava şəraiti fəsadlar törədib

Azərbaycan güləş millisi komanda hesabında Avropa çempionu olub

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

İsveç müəllimləri: Son 10-15 ildə məktəblilərin bilik səviyyəsi xeyli zəifləyib

Füzuliyə dolu yağıb VİDEO

Stella Assanc: Culianın sağalması üçün vaxt lazımdır

Avro-2024: 1/8 finalın daha 3 iştirakçısı məlum olub

Mark Rütte NATO-nun yeni Baş katibi seçilib

Təhrif edilmiş “genetik kod” və ya ermənilər İzmiri necə yandırıblar

Şirvanda bir qrup müharibə iştirakçısına xatirə hədiyyələri təqdim olunub

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Avro-2024: Çexiya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Agentliyin əməkdaşı: Məqsədimiz ukraynalı uşaqların emosional vəziyyətlərinin sabitləşməsinə kömək göstərməkdir

IDEA İB-nin könüllüsü: Gənclər ekoloji təhlükəsizliyin təmin edilməsində yaxından iştirak etməlidirlər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Azərbaycanın iki güləşçisi erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

Şuşada Silahlı Qüvvələr Günü münasibətilə qazi və hərbçilərlə görüş keçirilib

FHN: Dənizdə batan şəxsin axtarışı davam etdirilir

Türkiyənin nəqliyyat naziri Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Gəncədə bir şəxsin qəsdən öldürülməsi, digər şəxsin isə xəsarət alması faktına görə cinayət işi başlanıb

Ukraynalı uşaqlar Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar

Dörd gün əvvəl maşınla vurulan Zaqatala sakini bu gün vəfat edib

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

UNEP-in icraçı direktoru: Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibi seçilib

Ölkə ərazisində müşahidə olunan faktiki hava: yağıntılı və küləkli hava şəraiti davam edir

Ermənistanda insan alverinə qarşı mübarizə tədbirləri minimum standartlara belə cavab vermir

“Neftçi” və “Sabah” klublarının loqoları yenilənib

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü Varşavada qeyd olunub

Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb

Azərbaycan gəncləri UNEP-in rəhbəri ilə müzakirələr aparıb

Nazir müavini: Azərbaycan Ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir

Şəkidə güclü külək əsib, infrastruktura ciddi ziyan dəyib

“By Youth For Youth” Beynəlxalq Forumu öz işini yekunlaşdırıb

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Şahmat üzrə oğlanlar və qızlar arasında ölkə çempionatının qalibləri müəyyənləşib

Abşeron rayonunda 26 İyun –Silahlı Qüvvələr Günü qeyd edilib

“Qəbələ” daha bir futbolçu ilə güclənib

Silahlı Qüvvələr Günündə Ulu Öndərin Tbilisidəki abidəsi ziyarət olunub

Beyləqana dolu yağıb VİDEO

Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda olublar VİDEO

Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək

® BVLGARI Luvr muzeyində sərgilənəcək “Torloniya Mərmərləri” sərgisinin əsas sponsorudur

Faktiki hava: Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 27 metrə çatır

Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik

İnger Anderson Şirvan Milli Parkında ceyran sürüsünü müşahidə edib

Şuşa və Ağdamda “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçiriləcək

Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

Sumqayıt ayparaçılarının yeni sədri seçilib

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır ŞƏRH

Kür çayına düşən iki nəfərin axtarışları davam etdirilir VİDEO

ADAU-da “Məzun günü” keçirilib VİDEO

Avropa Liqası: "Şerif" - "Zirə" oyununun hakimləri bəlli olub

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb VİDEO

Şuşada Qarabağ müharibəsi qaziləri, hərbçilərimiz və şəhid ailələrinin üzvləri ilə görüş təşkil edilib

Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında

Bakıda gənc oğlanı qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs tutulub

Azərbaycanın ICESCO üzrə sözçüsü: “By Youth For Youth” tədbirinin ilk dəfə ölkəmizdə keçirilməsi qürurvericidir

Silahlı Qüvvələr Gününə həsr olunmuş fləş-mob VİDEO

Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb - tarixi an

Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb

Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub VİDEO

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB VİDEO

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik

NATO ilə Azərbaycan arasında güclü siyasi dialoq və əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan hər zaman ordu quruculuğunu inkişaf etdirəcək – ŞƏRH

ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb VİDEO

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir