İDMAN
“Bavariya” UEFA-nın Çempionlar Liqasının birinci yarımfinal mərhələsində “Real”a qalib gəlmişdir
Bakı, 18 aprel (AZƏRTAC). Münxenin “Bavariya” klubu UEFA-nın Çempionlar Liqasının bir gün əvvəl “Münxen Arena”da keçirilən birinci yarımfinal görüşündə 2:1 hesabı ilə Madridin “Real” klubuna qalib gəlmişdir.
Frank Riberi küncdən zərbədən sonra ev sahiblərini irəli çıxarmışdır, lakin “Real” fasilədən sonra tezliklə münxenlilərin səhlənkarlığından istifadə edə bilmişdir. “Kral klubunun” çoxgedişli kombinasiyası Mesut Ozilin sərrast zərbəsi ilə nəticələnmişdir.
Var qüvvələri qələbə qoparmağa çalışan almanlar öz məqsədlərinə oyunun lap sonunda Mario Qomes sayəsində nail olmuşlar. İstifadə olunmamış xeyli qol vəziyyəti yaradan Qomes son dəqiqədə Filip Lamanın qapısından top keçirə bilmişdir.
Oyundan əvvəl Avropanın bu ən nüfuzlu Kubok turnirinin final görüşünün ev sahiblərinin üzünü qara edən hadisə baş vermişdir. “Münxen Arena”nın dəyişmə otağından “Real”ın üç oyunçusunun - Kriştianu Ronaldunun, Kərim Benzemin və Mesut Ozilin butsları və futbolkaları yoxa çıxmışdır.
Oğruların izinə isti izlərlə düşmək mümkün olmamışdır, çünki məlum səbəblərdən dəyişmə otağına müşahidə kameraları qoyulmur.
Qeyd edək ki, bu məğlubiyyət “Real” futbolçuları üçün Çempionlar Liqasında ilk məğlubiyyət olmuşdur. Klubun məşqçisi Joze Mourinyunun fikrincə, başçılıq etdiyi komandanın layiqli cavab vermək imkanları vardır.
O demişdir: “Biz səfərdə məğlub olduq. Özü də görüş çox maraqlı oldu. Bu, Çempionlar Liqasının tipik yarımfinal görüşü idi. Biz məğlubiyyətə layiq deyildik, lakin məğlub olduq. Futbol budur”.
Cavab görüşü aprelin 25-də Madriddə keçiriləcəkdir.