CƏMİYYƏT
Bədən Tərbiyəsi və İdman Günü münasibətilə elan olunan “İdman həftəsi” çərçivəsində yekun tədbir keçirilir
![](/files/galleryphoto/2022/1/1200x630/1646483803755340886_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646483803383364359_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464838035175936639_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646483803976521640_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464838034513161377_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464838032417554122_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646483803671611563_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464838031644362435_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464838034280155214_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464838036155637676_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646483803188546466_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464838033024164866_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646483803584484083_1200x630.jpeg)
Bakı, 5 mart, AZƏRTAC
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə elan olunan “İdman həftəsi” çərçivəsində yekun tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda keçirilən tədbirdə ölkəmizin idman ictimaiyyətinin və federasiyaların nümayəndələri iştirak edirlər.
Tədbirdə idmanın müxtəlif növləri üzrə gənc atletlərin nümunəvi çıxışları iştirakçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.