BELARUS VƏ AZƏRBAYCAN SƏHİYYƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİRLƏR
AZƏRTAC xəbər verir ki, Belarus və Azərbaycan səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında memorandum imzalamağı planlaşdırırlar. Bunu Belarus Gigiyena, Epidemiologiya və İctimai Sağlamlıq Mərkəzinin əhalinin informasiya təminatı bölməsinin müdiri Olqa Bartman bildirmişdir.
O, demişdir ki, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin başçılıq etdiyi nümayəndə heyətinin Minskə səfəri zamanı iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında memorandum imzalanacaqdır. Memorandum tibb elmi sahəsində əməkdaşlığa dair razılaşmaları da nəzərdə tutur. Bundan əlavə, iki ölkənin səhiyyə nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin imzalanması perspektivləri, Azərbaycan vətəndaşlarının Belarusun ali məktəblərində təhsil almaları, azərbaycanlı həkimlərin isə respublikanın elmi-tədqiqat mərkəzlərində staj keçmələri məsələləri müzakirə olunacaqdır.
Azərbaycan nümayəndə heyətinin səfəri aprelin 17-dək davam edəcəkdir. Azərbaycan həkimləri səhiyyə və sənaye nazirliklərində, “Belbiform” konsernində görüşlər keçirəcək, Belarusun iri elmi-tədqiqat mərkəzlərində olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]