SİYASƏT
BƏLƏDİYYƏLƏRLƏ BAĞLI QANUNVERİCİLİK AKTLARINA VƏ SEÇKİ MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR OLUNMALIDIR
Bakı, 9 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və bələdiyyələrlə bağlı qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməlidir.
Bu təkliflə Milli Məclisin deputatı, YAP icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin iyunun 9-da keçirilmiş nöbədənkənar sessiyasında çıxış etmişdir.
S.Novruzov bildirmişdir ki, bu ilin sonunda bələdiyyə seçkiləri keçiriləcəkdir. Artıq bəzi bələdiyyələrin birləşməsi və ləğvi ilə bağlı qanun qəbul edilmişdir. Ona görə də seçki ərəfəsində mövcud qanunvericiliyə bəzi dəyişikliklər edilməlidir. Bələdiyyələrin statusunda, seçki prosesində dəqiqləşmə aparılmalıdır.
Bundan başqa, Seçki Məcəlləsinə də dəyişikliklər olunmalı, müşahidəçilik institutuna dair və digər müddəalar təkmilləşdirilməli və dəqiqləşdirilməlidir.
S.Novruzov bildirmişdir ki, Seçki Məcəlləsində müşahidəçilik instituna dair müddəanın təkmilləşdirilməsi zərurəti prezident seçkisindən və referendumdan sonra ortaya çıxmışdır.