Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beynəlxalq ictimaiyyətə müraciət: Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlıların tapılması üçün səyləri artırın

Beynəlxalq ictimaiyyətə müraciət: Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlıların tapılması üçün səyləri artırın

Bakı, 30 avqust, AZƏRTAC

Dünyanın müxtəlif ölkələrini təmsil edən vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş minlərlə azərbaycanlı barədə təcili tədbirlər görülməsi barədə beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

AZƏRTAC müraciəti təqdim edir:

“Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları birgə bəyanat verərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş minlərlə azərbaycanlı barədə təcili tədbirlər görülməsi üçün beynəlxalq ictimaiyyətə müraciət edirik.

Yaranmış vəziyyət itkin düşmüş şəxslər probleminin həlli və onların ailələrinə yardımın göstərilməsi üçün beynəlxalq səylərə təcili ehtiyac olduğunu nümayiş etdirir.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsi zamanı ümumilikdə 3890 azərbaycanlı rəsmi olaraq itkin kimi qeydə alınıb. Onların 3171-i hərbi qulluqçu, 719-u isə mülki şəxslər olub. Təəssüflər olsun ki, mülki şəxslərdən 71-i uşaq, 267-si qadın, 326-sı qoca olub.

İçərisində 29 nəfər uşaq, 98 nəfər qadın və 112 nəfər ahıl olmaqla, itkinlərin 872 nəfəri ya girov götürülüb, ya da xəstə və ahıl olduqları üçün ərazini tərk edə bilməyiblər. Ürək ağrıdan da odur ki, bəzi hallarda bütün ailələr, nəsillər qohumları ilə birlikdə yoxa çıxıb.

Bundan başqa, İkinci Qarabağ müharibəsi zamanı 6 nəfər azərbaycanlı itkin düşüb, onların harada olması və taleyi ilə bağlı bu günə qədər heç bir məlumat yoxdur.

Beynəlxalq humanitar hüquq (BHH) silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə diqqət çəkir və 1949-cu il qəbul edilmiş Cenevrə Konvensiyaları belə vəziyyət üçün xüsusi tələblər və müdafiə vasitələri müəyyən edir. Beynəlxalq humanitar hüququn tələblərinə görə, münaqişə tərəfləri itkin düşmüş şəxsləri axtarmağa və onların sayını müəyyənləşdirməyə borcludurlar. Bura həm münaqişə zamanı əlaqə kəsilmiş döyüşçülər, həm də ailələrindən ayrılmış mülki şəxslər daxildir. Tərəflərdən tələb olunur ki, itkinlər haqqında məlumat toplasınlar və təqdim etsinlər, əsir və girovlarla ailələri arasında ünsiyyəti asanlaşdırsınlar. Onlar, həmçinin ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsini təşkil etməli və onların ailələrinə məlumat verməlidirlər. İtkin düşmüş şəxslərin ailələri öz yaxınlarının taleyini və harada olduğunu bilmək hüququna malikdirlər.

Ermənistan itkin düşmüş şəxslərin şəxsiyyətini müəyyənləşdirməkdən və ailələrinə məlumat verməkdən yayınır və israrla bundan imtina edir. Ermənistan 30 ildir itkin düşənlərin taleyinin müəyyən edilməsi məsələsindən yayınır.

1949-cu il Cenevrə Konvensiyalarına əsasən, əsirləri saxlayan qurum həlak olmuş hərbi əsirlər haqqında məlumatların qeydə alınmasını və bu əsirlərin mənsub olduğu quruma ötürülməsini təmin etməlidir. Əsirləri saxlayan qurum, həmçinin köçürülən, azad edilən və ya qaçan hərbi əsirlər haqqında informasiyanı təqdim etməlidir. Cenevrə Konvensiyaları silahlı münaqişələrdən zərər çəkmiş şəxslərin, o cümlədən itkin düşmüş şəxslərin hüquqlarını və ləyaqətinin qorunmasının vacibliyini vurğulayır, onların ailələrinin çəkdiyi iztirabları yüngülləşdirməyi hədəfləyir.

İtkin düşmüş azərbaycanlılarla bağlı məlumatları gizlədən Ermənistan beynəlxalq humanitar hüququ və yuxarıda qeyd olunan Cenevrə Konvensiyalarını, insan hüquqlarını, itkin düşmüş şəxslərin və onların ailə üzvlərinin itkinlərin taleyi ilə bağlı məlumat almaq hüquqlarını kobud şəkildə pozur. 30 ildən çoxdur ki, Azərbaycanda itkin düşmüş şəxslərin ailələri Ermənistan tərəfindən bu fundamental hüquqdan məhrum edilib.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin araşdırmaları göstərir ki, Birinci Qarabağ müharibəsi zamanı 61 ailənin hər birinin 2-7 ailə üzvü itkin düşüb, lakin onların heç birinin taleyi hələ də məlum deyil. Bu ağır vəziyyət nəinki itkin düşmüş azərbaycanlıların ailələrinə dərindən təsir edir, həm də bəşəriyyət üçün utancvericidir.

Son illər itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən ciddi səylər göstərilib. Bu təşəbbüslər nəticəsində ailələrdən bioloji nümunələrin toplanması, DNT profillərinin çıxarılması və azad edilmiş ərazilərdə qazıntıların aparılması təşkil edilib ki, bu da ailələrə ümid hissi aşılayır. Buna baxmayaraq, bir müddət öncə 9 kütləvi məzarın üzə çıxması bizi dərindən kədərləndirir.

Bu kütləvi məzarlıqlardan 1-i Kəlbəcər rayonunun Başlıbel kəndində, 3-ü Xocavənd rayonunun Edilli kəndində, 1-i Xocalı rayonunun Fərrux kəndində, 2-si Şuşa rayonunun Daşaltı kəndində, 1-i Şuşa şəhərində, 1-i isə Ağdam rayonunun Sarıcalı kəndində aşkar edilib. Daha bir neçə kütləvi məzarlıq müəyyən edilib və bu istiqamətdə araşdırmalara başlanılıb.

İnsanların qeyri-insani şəraitdə, sistematik şəkildə öldürülməsi və bu cür basdırılması onların izlərini silməklə bərabər, bütün insanlıq dəyərlərinə hörmətsizlik deməkdir və ağlasığmaz vəhşiliyin sübutudur.

İtkin düşmüş şəxslərin problemi qlobal problemdir. Bu, ümumbəşəri miqyasda rezonans doğuran, dünyanın müxtəlif regionlarına və ölkələrinə təsir edən problemdir. Silahlı münaqişələr və ya digər hallar səbəbindən insanların itkin düşməsi fenomeni bu aktual narahatlığı aradan qaldırmaq üçün xalqların və beynəlxalq təşkilatların birgə məsuliyyətini vurğulayır.

İtkin düşmüş şəxslərin problemini həll etmək səyləri onların tapılması və müəyyən edilməsi, ailələrinə dəstək verilməsi, insan hüquqları, ləyaqət prinsiplərinin müdafiəsi məqsədilə əməkdaşlığı, hüquqi çərçivələr müəyyən etməyi və humanitar təşəbbüslərin həyata keçirilməsini tələb edir.

Biz Ermənistanı Birinci Qarabağ müharibəsi zamanı işgəncə düşərgələrində işgəncələrə, qeyri-insani rəftara və ölümə məruz qalmış 4000 azərbaycanlının dəfn olunduğu kütləvi məzarlıqların coğrafi koordinatlarını verməyə çağırırıq.

Biz Beynəlxalq Qırmızı Xaç Komitəsini itkin düşmüş azərbaycanlıların taleyini və harada olduqlarını aydınlaşdırmaq üçün səyləri artırmağa və bu məqsədlə Ermənistanla dialoqa getməyə çağırırıq.

Biz İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanı (ICMP) Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşmüş azərbaycanlıların müəyyən edilməsinə və onların taleyi ilə bağlı məlumatların əldə edilməsinə diqqəti artırmağa çağırırıq.

Biz beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanı itkin düşmüş şəxslərlə bağlı məlumatları təcili açıqlamağa, kütləvi məzarlıqların yerlərini təqdim etməyə çağırsın.

Biz BMT-yə müraciət edirik ki, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutu yaradılsın və məruzəçi bu qlobal problemi, hələ də sonrakı taleyi məlum olmayan itkin şəxslərlə bağlı problemlərin həllinə töhfə versin.

İmzalar:

1. Ayşa Hafizoviç Hadcimeşiç, “Srebrenitsa anaları və Jepa Anklavı” İctimai Birliyi, Bosniya və Herseqovina;

2. Petsi Stillo, “Sağlamlıq Tərəfdaşları”, ABŞ;

3. Eliud Emeri, “Keniya Öt Kökləri Təşkilatlarının Konsorsiumu”, Keniya;

4. Adv Məhəmməd Buks, “Sukaar Rifah Təşkilatı”, Pakistan;

5. Piter Oviti, “WOTE” Gənclərin Layihələrinin İnkişafı Təşkilatı, Keniya;

6. Risikat Abimbola Akevula, “Nigeriya Ekoloji Cəmiyyəti”, Nigeriya;

7. Mohmad Hüseyn Loun, “İnsan Hüquqları üzrə Beynəlxalq Komissiya”, Hindistan;

8. Lindokule Sibiya, “Gənclər və Qadınlar Dəyişikliklər üçün Təşkilatı”, Esvatini;

9. Ridhivani Sadiqi, “Keniyanın inkişafı üzrə Vətəndaş Şəbəkəsi”, Keniya;

10. Hote Kasonqo İlunqa, “Biso İnsanlar”, Konqo Demokratik Respublikası.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kürdəmirdə minik avtomobili qoyun sürüsünü vurub, 15 heyvan tələf olub

Kiyevə raket hücumu olub, xəsarət alanlar var

Fransa: İfrat sağçılar hakimiyyətə doğru

Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

Bakı-Astara magistralında “Tır” yük avtomobili yanıb - YENİLƏNİB VİDEO

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu olub

Avro-2024: İngiltərə millisi əlavə vaxta qalib gələrək 1/4 finala yüksəlib

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılır

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb VİDEO

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib