Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibi Odri Azuleyə müraciət ünvanlayıb

Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibi Odri Azuleyə müraciət ünvanlayıb

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Beynəlxalq müsabiqələr laureatı, Fransa və Macarıstan dövlət mükafatları kavaleri, professor Murad Hüseynov UNESCO-nun Baş katibi Odri Azuleyə müraciət ünvanlayıb.

AZƏRTAC müraciəti təqdim edir:

“Möhtərəm Azule xanım!

Sizə, hörmət və ehtiramımı bildirərək, xoş duyğularla müraciət edirəm.

Bu yaxınlarda bəzi KİV-lərdə Fransanın bir qrup tanınmış mədəniyyət xadimlərinin müraciəti yayılmışdır. Onlar tarixi kobubcasına təhrif edərək Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazisi Dağlıq Qarabağda erməni separatçılığını dəstəkləyiblər.

Qeyd etməyi lazım bilirəm ki, tarixi dəqiq və müfəssəl öyrənmədən və obyektiv araşdırma aparmadan baş verənlər haqqında bu cür bəyanatlar vermək mədəniyyət xadimlərinə yaraşmaz.

Mənim fikrimcə, bu cür ciddi hadisələrə yanaşma meyarlarının əsasında qərəzsizlik, tarixi situasiyanın obyektiv analizi və əlbəttə ki, beynəlxalq qanunların hüquqi cəhətdən dəqiq gözlənilməsi durmalıdır.

İcazənizlə, bir neçə danılmaz tarixi faktı xatırladım: 1805-ci ildə Qarabağ xanlığının Rusiya imperiyasının tabeliyinə keçməsi barədə bağlanan Kürəkçay müqaviləsində, bundan bir neçə il sonra bağlanmış Gülüstan və Türkmənçay müqavilələrində və azərbaycanlılar tərəfindən deyil, digər dövlətlərin nümayəndələri tərəfindən tərtib olunan sənədlərdə də erməni əhalisi barədə bir söz belə yoxdur.

SSRİ dönəmində, 1978-ci ildə ermənilər könüllü olaraq Qarabağa köç etmələrinin 150 illiyi münasibətilə abidə ucaltmışdılar, lakin 1988-ci ildə baş vermiş Qarabağ hadisələri zamanı elə özləri də onu, Azərbaycan ərazisinə yerləşdirildikləri dövrün bu dilsiz şahidini məhv etdilər. Bütün bu məlumatlar internetdə açıq mənbələrdə mövcuddur.

Qarabağ qədim Azərbaycan torpağıdır, olub və həmişə də olacaq!

Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi, Azərbaycan peşəkar musiqi məktəbinin banisi Üzeyir Hacıbəylinin, tanınmış şair və dövlət xadimi Molla Pənah Vaqifin, Qarabağ muğam məktəbinin bütün dünyada məşhur olan görkəmli ifaçılarının vətənidir.

Qarabağ - xalçaçılıq sənətinin, bir çox Azərbaycan bəstəkarı və musiqiçisinin, yazıçı və aliminin vətənidir.

Qarabağın ürəyi, hər bir azərbaycanlı üçün əziz şəhər - Şuşa məşhur xanəndələr Cabbar Qaryağdı, Seyid Şuşinski və Şuşanın banisi, onun birinci hökmdarı Pənahəli xan nəslinin davamçısı Xan Şuşinskinin şəhəridir. Şuşa həm də müasir tarın yaradıcısı Sadıqcanın vətənidir.

Mənim də ulu babam, 1828-ci ildə Qarabağın tarixinə həsr olunmuş və ermənilərin mövcudluğu barədə heç bir məlumat olmayan məşhur “Qarabağnamə” elmi əsərini yazan görkəmli tarixçi Mirzə Adıgözəl bəy də Şuşada anadan olmuşdur. Məhz buna görə, erməni işğalçılarının bu torpağa basqınından sonra baş verənlər biz azərbaycanlıların ürəyində böyük bir ağrı ilə əks olunur. 30 illik işğal zamanı erməni hərbi qüvvələri tərəfindən Qarabağda Azərbaycan tarixi sistematik olaraq təhrif olunur, silinir və mənimsənilirdi, Azərbaycan xalqının qədim mədəniyyəti və memarlığı məhv edilirdi.

Elə bu yaxınlarda, yeni başa çatan İkinci Qarabağ müharibəsində döyüş bölgəsindən kifayət qədər uzaqda yerləşən şəhərlərin kütləvi bombardmanı nəticəsində qoca, qadın və uşaqlar da olmaqla Gəncə və Bərdənin 100-ə yaxın günahsız dinc sakini həlak oldu. Tamamilə dağıldığına və yer üzündən faktiki olaraq tam silindiyinə görə Ağdam Azərbaycanın “Hiroşima”sı, Tərtərin dağıntıları isə “Stalinqrad” adlandırıldı.

30 il əvvəl bizim bir milyona yaxın həmvətənimiz öz torpaqlarında qaçqına çevrildi, erməni işğalçıları tərəfindən yurdlarından qovuldu. Bəs insanlıq çərçivələrinə sığmayan bu faktları hörmətli mədəniyyət xadimləri niyə öz bəyanatlarında qeyd etmirlər?

1992-ci ildə erməni işğalçıları tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırımı həyata keçirildi, lakin demokratik ölkənin mədəniyyət xadimlərinin heç biri səsini çıxartmadı və Ermənistanın faşist əməllərini mühakimə etmədi. Yalnız Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət !” beynəlxalq kampaniyası sayəsində bir çox ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını qəti şəkildə pislədilər və insanlığa qarşı cinayət kimi tanıdılar.

Bütün bu illər ərzində Azərbaycanda otuz minə yaxın erməni yaşayıb və yaşamaqdadır. Bakının mərkəzindəki Erməni kilsəsi dövlət tərəfindən bərpa olunub və onun kitabxanasında 5000-ə yaxın erməni əlyazması və kitabı hifz olunur!!!

Bu, bizim xalqın və dövlətin təkrarolunmaz tolerantlığı və humanizminin açıq-aydın təzahürü deyilmi?!

Uzun müddətli işğal zamanı Ermənistanın faşist siyasətinin nəticəsində yaşayış evləri ilə yanaşı yüzlərlə mədəniyyət ocağı, o cümlədən 4,6 milyonluq kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət evi, klub və mədəniyyət sarayı, 85 musiqi və rəssamlıq məktəbi, 22 muzey, 4 şəkil qalereyası, 4 teatr, 2 konsert salonu, 8 mədəniyyət və əyləncə parkı, 2000-dən artıq tarixi-mədəni abidə vəhşiliyin qurbanı olmuşdur. Bu siyahıya Xan qızı Xurşidbanu Natəvanın ev-muzeyi də daxildir. Qafqaza səfəri zamanı Aleksandr Düma - ata bu evdə onunla şahmat oynamış, uduzmuş və ehtiram əlaməti olaraq şahmatını ona bağışlamışdır. Həmin şahmat indi də Ədəbiyyat Muzeyində qorunub saxlanılır.

Xüsusi əhəmiyyətə malik unikal tarixi abidələrə barbar münasibət dünya mədəni irsinə təhdid kimi qiymətləndirilir. Otuz ilə yaxın erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında davam etmiş bu cinayətləri qınamaq və bundan hiddətlənmək əvəzinə erməni lobbiçilərinin yalanları əsasında münaqişənin mahiyyəti haqqında məlumatsızlıqdan xəbər verən və işğalçını açıq şəkildə müdafiə edən bəyanatlar yayılır. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə görə onlar Azərbaycan torpaqlarını hələ 30 il bundan əvvəl tərk etməli idilər! Bəs niyə onlardan heç kimi maraqlandırmadı ki, erməni hərbi qüvvələri digər ölkənin ərazisində nə edirlər, niyə milyona yaxın azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınıb və 30 ildə onlar harada və hansı şəraitdə yaşayıblar?!

Qarabağın mədəni irsinin məhv edilməsi - yerli faciə deyil, Ermənistanın ərazi iddialarına və bütün cinayətlərinə qarşı susan dünya ictimaiyyəti üçün biabırçılıqdır. Məlum olduğu kimi, Azərbaycan muğamı, tar və kamança alətləri, aşıq sənəti, Novruz bayramı, xalçaçılıq, kəlağayı sənəti, lavaş hazırlanması və təqdimatı və Azərbaycan mədəniyyətinin digər nümunələri UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

Heydər Əliyev Fondunun təmsilçiliyi ilə bizim dövlətin Fransa, İtaliya, Vatikan, Rusiya, Pakistan və digər ölkələrdə dini ziyarətgahların qorunub saxlanmasına və bərpasına yönəlmiş çoxşaxəli fəaliyyəti bütün dünyaya bəllidir.

Uzun illər bu istiqamətdəki səmərəli fəaliyyətinə görə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dərin hörmət və minnətdarlıq əlaməti olaraq bu ölkələrin medalları və ordenləri ilə təltif edilmişdir. Onun nəcib təşəbbüsləri sayəsində Fransanın bir çox bölgələrində kilsə və muzeylər, Vatikanda katakombalar, Həştərxanda Müqəddəs knyaz Vladimirin abidəsi bərpa olunaraq dünyaya qaytarılıb və bir çox digər xeyirxah, humanist və tarixdə iz salan işlər görülüb.

Sizin sadiq bəndəniz mən isə beynəlxalq müsabiqələrin qalibi, Paris Ali Musiqi Akademiyasının məzunu olaraq F.Pulenk beynəlxalq müsabiqəsinin qalibi olmuş və Fransa hökumətinin dövlət təqaüdünə - Senatın İncəsənət və ədəbiyyat medalına layiq görülmüşəm. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olaraq, geniş konsert fəaliyyəti ilə məşğul olmuşam, Parisin ən yaxşı konsert salonlarında (Pleyel, Cortot, Theatre des Chams-Elisee və s.) çıxış etmişəm. Hiroşima (Yaponiya) qastrollarında və Kabildə (Əfqanıstan) Fransız Kinematoqrafiyası günlərində klassik Azərbaycan musiqisi ilə yanaşı böyük məmnuniyyətlə tamaşaçılara Ravel, Debüssi və Pulenkin əsərlərini də təqdim etmişəm.

Bütün bu faktlar və dünya mətbuatında özünün geniş ifadəsini tapmış tolerantlıq, demokratiklik və multikulturalizm haqqında digər məlumatlar nəyə görə isə həmin şəxslər tərəfindən nəzərə alınmamış, erməni tərəfinin yanlış məlumatları əsas kimi götürülmüş və həqiqətə uyğun olmayan absurd bəyanat imzalanmışdır.

Sizə bir daha xatırlatmaq istərdim ki, müasir Azərbaycan - multikulturalizm qanunları ilə yaşayan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Xristian, müsəlman, yəhudi və dünya mədəni irsinin qorunması dünyəvi Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biridir.

Sonda, ümid etmək istərdim ki, sadaladığım məlumatlar gerçək faktlara və beynəlxalq hüquqa söykənən ədalətli mövqenin yaranması üçün faydalı olacaqdır.

Şübhə etmirəm ki, hörmətli mədəniyyət və incəsənət xadimləri əvvəllər də olduğu kimi bizi öz yaradıcılıqları ilə sevindirəcək, tarixdə və minnətdar tamaşaçıların yaddaşında öz ədalətsizliyi ilə bütöv bir xalqın müqəddəs hisslərini təhqir edən yanlış müraciət və bəyanatların altında qoyduqları şübhəli imzaları ilə deyil, yaratdıqları nurlu obrazlarla qalacaqlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb

Amerika Kuboku: Kolumbiya 1/4 finala yüksəlib, Braziliya ilk qələbəsini qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir VİDEO

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

“Baku ID” innovasiya festivalına yekun vurulub

“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb

Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

® "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr" mövzusunda tədbir keçirilib

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

Ceyms O’Brayn: 907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığımıza maneə olduğunu düşünmürəm

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 may tarixli 131 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Ceyms O’Brayn: ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək

Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

QHT sədri: Gecə-gündüz fasiləsiz xidmət aparan Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır

Qırmızı Qəsəbəyə turist axını davam edir

Sədərək rayonunda taxıl sahəsi yanıb

Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib

Yan Vanmin: Azərbaycanın COP29 konfransını uğurla keçirəcəyi şübhəsizdir VİDEO

“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb

Monteneqro-Azərbaycan biznes-forumu keçirilib

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə regional məsələləri müzakirə edib

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib