CƏMİYYƏT
Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarının və ailə üzvlərinin iştirakı ilə tədbir keçirilib
![](/files/galleryphoto/2022/1/1200x630/1646811638756313333_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/164681163817389610_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646811638386538647_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16468116382062219141_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646811638305632841_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16468116384521449172_1200x630.jpg)
Bakı, 9 mart, AZƏRTAC
və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 300-dən çox şəhidimizin anaları, bacıları, xanımları, ailə üzvləri, eləcə də qazilər, Milli Məclisin deputatları Jalə Əhmədova, Cavid Osmanov, ilahiyyatçı alim hacı Şahin Həsənli və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri açan Milli Məclis sədrinin müavini Adil Əliyev şəhid ailələrinin xanım üzvlərini təbrik edərək, Uca Allahdan onlara uzun ömür, cansağlığı arzulayıb. Bildirib ki, məhz qəhrəman analarımızın böyütdüyü igidlərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun tərkibində qəhrəmanlıqla döyüşərək bizə tarixi Zəfəri bəxş ediblər. Vətən müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub, düşmənin 30 ilə yaxın işğal altında saxladığı tarixi torpaqlarımız 44 günə azad edilib. Bu gün ölkəmizdə Vətənimizin bütövlüyü uğrunda öz canlarını düşünmənə qurban verən qəhrəmanlarımızın ailə üzvlərinə, qazilərə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ən yüksək diqqət və qayğı göstərilir.
Milli Məclisin deputatı, parlamentin Gənclər və idman komitəsinin üzvü Jalə Əhmədova, ilahiyyatçı alim hacı Şahin Həsənli çıxış edərək şəhidlik mərtəbəsinin ucalığından, qəhrəmanlarımızın göstərdiyi şücaətdən danışıb, şəhidlərimizin analarını, qadın ailə üzvlərini bayram münasibətilə təbrik ediblər.
Şəhid anaları, xanımları, ailə üzvləri çıxışlarında tədbirin təşkilinə görə razılıqlarını bildirərək, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Tədbir şəhid övladlarının və mədəniyyət xadimlərinin şeir və ifaları ilə yekunlaşıb.