“BEYNƏLXALQ TİCARƏT SİYASƏTİ VƏ ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATI” MÖVZUSUNDA TƏLİM KURSLARI KEÇİRİLİR
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının (SDC) Cənubi Qafqaz üzrə əlaqələndirici ofisinin dövlət orqanlarında çalışan gənc əməkdaşlar üçün “Beynəlxalq ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı” mövzusunda təlim kursları başlanmışdır.
DİA-dan AZƏRTAC-a bildirmişlər ki, kurslarda Azərbaycanın və Gürcüstanın Xarici İşlər, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı nazirliklərində və digər təşkilatlarında çalışan mütəxəssislər iştirak edirlər.
Kursların açılışı münasibətilə keçirilən tədbirdə akademiyanın rektoru Seyfəddin Qəndilov çıxış edərək, ölkəmizin Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışmışdır.
Rektor Azərbaycan ilə İsveçrə arasında əlaqələrin əhəmiyyətini qeyd etmiş, kursların iştirakçılarına uğurlar arzulamışdır.
Kurslarda İsveçrənin müvafiq institut və universitet nümayəndələrinin mövzu üzrə məruzələri dinlənilir.
İyunun 21-dək davam edəcək kursların iştirakçılarına sertifikatlar veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]