“BİL - Bölgələrdəki İnkişaf Layihələri” davam edir
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatı və BİLİK Mərkəzinin təşkilatçılığı ilə “BİL - Bölgələrdəki İnkişaf Layihələri” davam edir.
“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, proqram çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təhsil alan tələbələr ilə təlim baş tutub.
Təlimin nəzəri hissəsində region gənclərinə layihələrin yazılması və düzgün idarə edilməsi ilə bağlı ətraflı məlumat verilib və onların sualları cavablandırılıb.
Daha sonra keçirilən praktiki mərhələdə isə gənclər öz müxtəlif ideyalarını layihə formatında hazırlayıb auditoriya qarşısında təqdim ediblər.