ELM VƏ TƏHSİL
Biofizika İnstitutu Elm Günü ilə bağlı seminar təşkil edəcək
![Biofizika İnstitutu Elm Günü ilə bağlı seminar təşkil edəcək](/files/2022/1/1200x630/16462978995977033656_1200x630.jpg)
Bakı, 2 mart, AZƏRTAC
Martın 11-də saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutunda Elm Gününə həsr olunan “GALT geninin klinik əhəmiyyətli mutasiyalarının genotiplənmə analizi” mövzusunda elmi seminar keçiriləcək. Tədbir Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin Molekulyar onkologiya laboratoriyası və Biofizika İnstitutunun Molekulyar və hüceyrə onkologiyası laboratoriyasının təşkilatçılığı ilə reallaşacaq.
Bu barədə AZƏRTAC-a Biofizika İnstitutundan məlumat verilib. Bildirilib ki, seminarda GALT (galactose-1-phosphate uridylyltransferase) geninin klinik əhəmiyyətli mutasiyalarının aşkarlanması metodundan danışılacaq. Bu analizin tətbiq ediləcəyi xəstə kontingenti və tibbi müəssisələr göstəriləcək.
Həmçinin seminarda Milli Onkologiya Mərkəzində müəyyən bir qrup xəstənin müalicəsində istifadə edilən “Cancer panel”lərindən biri təqdim olunacaq.