Bir ölkədən digər ölkəyə mal satışı ƏDV öhdəliyi yaradırmı?
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycana daxil olmadan bir ölkədən digər ölkəyə mal satışı ƏDV öhdəliyi yaradırmı?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyiciləri arasında ciddi aktuallıq kəsb edən bu məsələyə iqtisadçı ekspert Mahmud Abasquliyev aydınlıq gətirib.
Ekspert qeyd edib ki, ƏDV üzrə vergitutma obyekti Azərbaycan ərazisində malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi zamanı yaranır: “Məsələn, Azərbaycan Respublikasının rezidenti “BX” MMC 2022-ci ilin sentyabr ayında digər rezident “RM” MMC ilə 10 min manatlıq (ƏDV-siz) mal alqı-satqısı üzrə müqavilə bağlayaraq həmin ayda malı təhvil verib. Bu proses sənədləşdirilməklə yanaşı, elektron qaimə-faktura ilə rəsmiləşdirilib. Bu zaman cari ayda “BX” MMC-nin 1800 manatlıq ƏDV öhdəliyi yaranacaq: 10.000 x 18% = 1.800 manat”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]