İDMAN
Birinci Avropa Oyunlarının qılıncoynatma yarışlarının ilk günündə rumıniyalı və ukraynalı idmançılar qızıl medallar qazanıblar
![](/files/galleryphoto/2015/2/1200x630/1435078757920311882_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143507875782333053_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435078757692816076_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14350787575783448695_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435078757291039_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14350787572684834528_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14350787575880562110_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435078757260801478_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14350787575120652042_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14350787575528725588_1200x630.jpg)
Bakı, 23 iyun, Xalid Məmmədov, AZƏRTAC
İyunun 23-də “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının qılıncoynatma yarışları başlayıb.
AZƏRTAC xəbər verir ki, qılıncoynatma yarışlarının ilk günündə qadınlar şpaqa, kişilər isə sablya üzrə fərdi növdə mübarizə aparıblar.
Qadınların yarışında finalda rumıniyalı Ana Mariya Branza Rusiya idmançısı Yana Zvereva ilə qarşılaşıb. Rəqibini 15:11 hesabı ilə məğlub edən Ana Mariya Branza birinci Avropa Oyunlarının çempionu adını qazanıb. Bürünc medallara isə daha bir rumıniyalı atlet Simona Qerman və estoniyalı Erika Kirpu sahib çıxıblar.
Kişilər arasında sablya yarışlarında qızıl medal uğrunda görüşdə Ukrayna təmsilçisi Andrey Yaqodka rumıniyalı Tiberiu Dolniçeanu 15:10 hesabı ilə məğlub edərək “Bakı-2015”-də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışın bürünc medalını isə italiyalı qılıncoynadanlar Alberto Pelleqrini və Luici Mirakko qazanıblar.
Azərbaycan idmançılar arasında ən uğurlu nəticəni Azər Tağıyev göstərib. İdmançımız qrup yarışlarında dördüncü olaraq onaltıdabir final mərhələsinə yüksəlib. O, bu mərhələdə rumıniyalı Tiberiu Dolniçeanuya 5:15 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.