BMT Afrikada koronavirusa qarşı mübarizəyə yardım göstərəcək
Cenevrə, 14 aprel, AZƏRTAC
Afrika ölkələrini koronavirus pandemiyasına qarşı mübarizədə dəstəkləmək üçün BMT tibbi avadanlıqların daşınması üçün Efiopiyada logistika mərkəzi yaradıb.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (DST) Afrikanın 32 ölkəsi üçün nəzərdə tutduğu maska, əlcək və süni tənəffüs aparatları BMT-nin Ərzaq Proqramının təyyarələri ilə Əddis-Əbəbədəki logistika mərkəzindən həmin ölkələrə çatdırılacaqdır.
Təşkilatdan verilən məlumata görə, ilk təyyarə bu həftə Cibuti Respublikasına yola düşməlidir. Yaxın gələcəkdə tibbi heyətin daşınmasının və tibbi təxliyələrin də nəzərdə tutulduğu təşəbbüs Efiopiya hökuməti və Afrika İttifaqı tərəfindən dəstəklənir.
Qeyd edilməlidir ki, artıq Afrikanın bütün ölkələrində koronavirus infeksiyasına yoluxma halları təsdiqlənib. Əksər ölkələrdə səhiyyə sisteminin zəif olması və bu səbəbdən də virusun yayılmasına qarşı mübarizənin təşkili ÜST tərəfindən izlənilir, bu problemin öhdəsindən necə gəlinəcəyi ilə bağlı narahatlıq böyükdür.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [11:52]
BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır
- 13.10.2026 [11:42]
Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır
- 13.10.2026 [11:33]
Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq
- 13.10.2026 [11:29]
Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq
- 13.10.2026 [11:08]
Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir
- 13.10.2026 [11:03]
OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb
- 13.10.2026 [10:33]
BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib
Hörmüz boğazında tanker atəşə tutulub
- 12.10.2026 [23:56]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [22:15]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [22:04]