ELM VƏ TƏHSİL
BMT-nin Baş qərargahı haqqında məqalə azərbaycandilli “Vikipediya”da seçilmiş statusu alıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Son illər azərbaycandilli “Vikipediya”da məqalələr akademikləşir, elmləşir və etibarlı mənbələrlə zənginləşir. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən BMT-nin Baş qərargahı haqqında məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, azərbaycandilli “Vikipediya”da yaradılan məqalədə BMT-nin Baş qərargahının binasının tikintisi, dizaynı, açılışı, yenidənqurma işləri haqqında məlumat verilir.
Oxucular, həmçinin “Eksterritoriallıq və təhlükəsizlik”, “Baş Məclisin binası”, “Daq Hammarşeld Kitabxanası”, “İncəsənət kolleksiyası”, “Köçürülmə təklifləri”, “İctimai toplantılar”, “Populyar mədəniyyətdə” sərlövhəli məqalələrdə Baş qərargahın binası haqqında maraqlı məlumatlarla tanış ola bilərlər.
Qeyd edək ki, məqalə azərbaycandilli “Vikipediya”da “seçilmiş məqalə statusu”nu alıb.