BMT-NİN EKSPERTLƏRİ AHİK-DƏ OLMUŞLAR
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev sentyabrın 3-də BMT İnkişaf Proqramının ekspertləri Mayk Hopkin və Alan Vebsteri, habelə proqramın Azərbaycan üzrə nümayəndəsini qəbul etmişdir.
Səttar Mehbalıyev son illər ölkəmizdə məşğulluq strategiyasının hazırlanması sahəsində AHİK tərəfindən aparılan işlərdən danışmış, işsizliyin aradan qaldırılması, əməyin mühafizəsi ilə bağlı dövlətin gördüyü tədbirlər barədə məlumat vermişdir.
Ekspertlər, respublikamızda əməyin mühafizəsi, işsizliyin aradan qaldırılması istiqamətində görülən işlərdən, habelə özəlləşdirmə proqramının həyata keçirilməsindən razı qaldıqlarını bildirmişlər.