BMT-NİN NÜMAYƏNDƏ HEYƏTİ İYULUN 5-DƏ BAKIYA GƏLƏCƏKDİR
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının müavini Kamel Morqanın başçılığı ilə Cənubi Qafqaz regionunda səfərdə olan nümayəndə heyəti iyulun 5-də Azərbaycana gələcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi ölkəmizdə qacqın və məcburi köçkünlərin vəziyyətini öyrənmək, sığınacaq şəraiti ilə tanış olmaq və bu problemlər ətrafında fikir mübadiləsi aparmaqdır. Qonaqlar ölkəmizin bir sıra dövlət və hökümət qurumlarının rəhbərləri, Azərbaycanda akkreditə olunmuş xarici səfirlik, beynəlxalq və yerli humanitar təşkilatların nümayəndələri ilə görüşlər keçirməyi, Xanlar, Bərdə rayonlarında və Sumqayıt şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərə baş çəkməyi planlaşdırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]