BMT-NİN QAÇQINLAR ÜZRƏ ALİ KOMİSSARLIĞININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA GƏLMİŞDİR
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının müavini Kamel Morcanın başçılığı ilə Cənubi Qafqaz regionunda səfərdə olan nümayəndə heyəti iyulun 5-də Azərbaycana gəlmişdir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax rayonundakı “Qırmızı körpü” sərhəd məntəqəsində səmimi və mehribanlıqla qarşılanan qonaqlar buradan birbaşa qaçqınların məskunlaşdıqları yerlərə yollandılar. Onlar əvvəlcə Şəmkirdə yenicə istifadəyə verilmiş 126 ailəlik qaçqın qəsəbəsində olub sakinlərin arzu və istəklərini dinlədilər. Sonra qonaqlar Xanlar rayonunda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yaxından iştirakı və maliyyə dəstəyi ilə salınmış “Murovdağ” qaçqın şəhərciyinə gəldilər. Qəsəbədə fəaliyyət göstərən orta məktəbi, uşaq bağçasını, xəstəxananı gəzdilər, mənzillərdə sakinlərlə görüşdülər. Əsasən kəlbəcərli qaçqınların məskunlaşdıqları və 270 ailənin yaşadığı bu qəsəbədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini Kamel Morcan sakinlər qarşısında çıxış etdi, həm maddi, həm də mənəvi zərbə almış bu insanlarla görüşündən razı qaldığını bildirdi. Onlara səmimi arzularını çatdırdı. Nümayəndə heyəti Bərdəyə yola düşdü.BMT-NİN QAÇQINLAR ÜZRƏ ALİ KOMİSSARLIĞININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA GƏLMİŞDİR Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının müavini Kamel Morcanın başçılığı ilə Cənubi Qafqaz regionunda səfərdə olan nümayəndə heyəti iyulun 5-də Azərbaycana gəlmişdir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax rayonundakı “Qırmızı körpü” sərhəd məntəqəsində səmimi və mehribanlıqla qarşılanan qonaqlar buradan birbaşa qaçqınların məskunlaşdıqları yerlərə yollandılar. Onlar əvvəlcə Şəmkirdə yenicə istifadəyə verilmiş 126 ailəlik qaçqın qəsəbəsində olub sakinlərin arzu və istəklərini dinlədilər. Sonra qonaqlar Xanlar rayonunda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yaxından iştirakı və maliyyə dəstəyi ilə salınmış “Murovdağ” qaçqın şəhərciyinə gəldilər. Qəsəbədə fəaliyyət göstərən orta məktəbi, uşaq bağçasını, xəstəxananı gəzdilər, mənzillərdə sakinlərlə görüşdülər. Əsasən kəlbəcərli qaçqınların məskunlaşdıqları və 270 ailənin yaşadığı bu qəsəbədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini Kamel Morcan sakinlər qarşısında çıxış etdi, həm maddi, həm də mənəvi zərbə almış bu insanlarla görüşündən razı qaldığını bildirdi. Onlara səmimi arzularını çatdırdı. Nümayəndə heyəti Bərdəyə yola düşdü.