İDMAN
Boks üzrə kişilərdən ibarət yığmamız dörddəbir finalda tam heyətlə təmsil olunacaq
![](/files/galleryphoto/2015/2/1200x630/14349108201682111841_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349108202769160616_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434910820870559821_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434910820258829241_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349108205916743802_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434910820828355834_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349108206003743757_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349108205089448244_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349108202397520781_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434910820924219261_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349108205856555197_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349108205605661079_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434910820351030220_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434910820403432131_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349108203129525939_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349108203705624393_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434910820618104510_1200x630.jpg)
Bakı, 21 iyun, A.Yadigarov, S.Allahverdiyeva, AZƏRTAC
İyunun 21-də “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının boks yarışlarının altıncı gününə yekun vurulub.
Günün ilk yarısında səkkizdəbir final mərhələsində 60 kiloqram çəki dərəcəsində qadın, 69, 75 və 91 kiloqram çəki dərəcələrində isə kişi boksçular rinqə çıxıblar.
AZƏRTAC xəbər verir ki, boksçularımızdan ilk olaraq mübarizəyə 60 kiloqram çəki dərəcəsində çıxış edən Yana Alekseyevna qoşulub. Finlandiyalı rəqibi Mira Potkonenə 3:0 hesabı ilə qalib gələn idmançımız dörddəbir finala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi isveçrəli Sandra Brüggeri məğlub edən rusiyalı Zinaida Dobrinina olacaq.
Kişi boksçularımıza gəlincə, gənclər arasında Avropa çempionu, “Neftçi” İdman Sağlamlıq Mərkəzinin üzvü Pərviz Bağırov (69 kq) moldovalı rəqibi Vasili Belousa heç bir şans verməyib: 3:0.
Yarışda 91 kiloqram çəki dərəcəsində çıxış edən Abdulqadir Abdullayev də macarıstanlı rəqibi Adam Hamorini eyni hesabla məğlub edib. Azərbaycan boksçuları dörddəbir finalda müvafiq olaraq Almaniya təmsilçisi Abas Baraou və Fransa idmançısı Pol Omba Bionqolo ilə üz-üzə gələcəklər.
Boksçularımızın görüşlərini Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər tribunadan izləyiblər.
Günün birinci yarısında qadın və kişi boksçuların mübarizəsində ümumilikdə 16 görüş keçirilib.
Qadınların mübarizəsində Fransa, İtaliya, Almaniya, Serbiya, kişilərdə isə Böyük Britaniya, Almaniya, İtaliya, Rusiya (2 idmançı), Sloveniya, İrlandiya və Fransa təmsilçiləri növbəti mərhələyə yüksəliblər.
Günün ikinci yarısı qadın boksçuların mübarizəsi ilə başlayıb. 60 kiloqram çəki dərəcəsində rusiyalı Zinaida Dobrinina isveçrəli Sandra Brüggeri məğlub edib. Bu çəkidə keçirilən digər görüşlərdə isveçli İda Lundblad türkiyəli Qamze Başara qalib gəlib. “Bakı-2015”in idman elçisi, irlandiyalı Keti Teylor isə bolqarıstanlı Denitsa Eliseyevadan üstün olub.
Kişilərin mübarizəsində isə 64, 75 və 91 kiloqram çəki dərəcələrində 16 qarşılaşma keçirilib.
İkiqat Azərbaycan çempionu Kollazo Sotomayor (64 kq) “Bakı-2015”də ikinci qələbəsini qazanıb. Dörddəbir final uğrunda döyüşdə moldovalı Dmitri Qalaqot ilə döyüşə sürətli və kəskin hücumlarla başlayan təmsilçimiz birinci raundda rəqibini nokdaun vəziyyətinə salıb. Sonrakı raundlarda da üstünlüyünü davam etdirən K.Sotomayor 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. Onun rəqibi rumıniyalı Daniel Nikulesku olacaq.
Azərbaycan boksçularından bu gün rinqə çıxan sonuncu idmançı - Xaybula Musalov (75kq) da azarkeşlərə qələbə sevinci yaşadıb. Fransalı Kristian Mbilli Assomo-Halye ilə qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılan boksçumuz dörddəbir finalda iştirak etmək hüququ qazanıb. Boksçumuz bu mərhələdə Belarus idmançısı Vitali Bandarenka ilə üz-üzə gələcək.
Beləliklə, boks üzrə kişilərdən ibarət Azərbaycan yığması dörddəbir finalda tam heyətlə - 10 boksçu ilə təmsil olunacaq.
Digər görüşlərdə isə 64 kiloqram çəki dərəcəsində İtaliya, Fransa, İrlandiya, Almaniya, İsveç, Ukrayna, Rumıniya idmançıları, 75 kiloqramda Belarus, Polşa və Macarıstan boksçuları, 91 kiloqramda isə İrlandiya, Ukrayna, Türkiyə və Xorvatiya təmsilçiləri dörddəbir finala yüksəliblər.