Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bolqarıstan ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib VİDEO

Sofiya, 23 iyun, AZƏRTAC

Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən bu ölkənin KİV nümayəndələri ilə bir sıra görüşlər keçirilib, müsahibələr verilib və ölkə ictimaiyyətinin məlumatlandırılması istiqamətində fəaliyyət aparılıb.

Belə görüşlərdən biri səfir Nərgiz Qurbanovanın Bolqarıstan Jurnalistlər İttifaqının üzvləri ilə görüşü olub. “Bolqarıstan ilə Azərbaycan arasında 25 illik diplomatik əlaqələr - balans və perspektivlər” mövzusunda keçirilmiş görüş zamanı səfir 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin iqtisadiyyat, elm, təhsil və mədəniyyət sahələrində ölkələrimizin prioritetlərini müəyyənləşdirdiyini bildirib. Diplomat səhiyyə, iqtisadiyyat, xüsusilə kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirərək Azərbaycan tərəfindən həyata keçirilən layihələrdən danışıb, Bolqarıstan-Qara dəniz-Gürcüstan-Azərbaycan marşrutunun reallaşması imkanlarını dəyərləndirib. “Cənub Qaz Dəhlizi” layihəsi barədə danışan səfir layihənin reallaşmasının strateji baxımdan dünya, xüsusilə region ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Görüş zamanı Azərbaycanın enerji siyasəti, TANAP, TAP, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri barədə faydalı fikir mübadiləsi aparılıb, “Şahdəniz-2” layihəsi çərçivəsində 2020-ci ildən etibarən Azərbaycanın Bolqarıstana ildə 1 milyard kubmetr qaz ixrac ediləcəyi vurğulanıb. Səfir Bolqarıstanın tranzit ölkə kimi də Azərbaycanın marağını cəlb etdiyini diqqətə çatdırıb.

Səfir, həmçinin Azərbaycanın tarixi və mədəniyyətindən, multikulturalizm modelindən söhbət açıb. Azərbaycanda heç vaxt dinlərarası və ya millətlərarası zəmində problemlərin olmadığını söyləyən səfir Azərbaycan xalqının dünyanın bütün mədəni müxtəlifliyinə eyni dərəcədə hörmətlə yanaşdığını qeyd edib, Veliko Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunmasının buna əyani nümunə olduğunu bildirib. Azərbaycanın mədəni müxtəliflik, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq təkcə ölkə daxilində deyil, xaricdə də mədəni irsin dəstəklənməsi üzrə layihələr həyata keçirdiyini xatırladan N.Qurbanova Vatikan, Fransa, Pakistan, Bosniya və Herseqovinada və başqa ölkələrdə Heydər Əliyev Fondu tərəfindən aparılan xeyirxah fəaliyyət barədə iştirakçılara məlumat verib. Görüş zamanı Azərbaycanda mətbuatının zəngin tarixi barədə də danışılıb, dövlətin media və söz azadlığına dəstəyi vurğulanıb. Diplomat Azərbaycanın dövlət siyasətinin şəffaflıq və dözümlülük üzərində qurulduğunu vurğulayaraq ölkə əhalisinin 80 faizinin sərbəst şəkildə internetə çıxışının olduğunu, 2 milyon insanın sosial mediadan faydalandığını qeyd edib. Qeyd edək ki, Nərgiz Qurbanova “Əzəmət nümunələri - Azərbaycan xalq sənəti” adlı sərgi çərçivəsində Bolqarıstan Milli Radiosunun (BNR) türkdilli bölməsinə müsahibə verib. Müsahibə “Azərbaycan xalq sənəti Bolqarıstan sənətsevərlərini valeh etdi” sərlövhəsi ilə BNR-in rəsmi internet səhifəsində yayılıb. Ölkələrarası münasibətlərin inkişafında mədəni əlaqələrin əhəmiyyətini vurğulayan N.Qurbanova Azərbaycan mədəniyyəti və incəsənəti haqqında ətraflı məlumat verib, mədəni əlaqələrin dəstəklənməsi istiqamətində növbəti tədbirlərdən biri olaraq iki ölkənin xalça mütəxəssisləri arasında təmasların yaradılması üçün təşəbbüslərin göstəriləcəyini qeyd edib.

Səfir Nərgiz Qurbanova Bolqarıstan Milli Televiziyasına müsahibəsində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi ilə bağlı ətraflı danışıb. O, ötən illər ərzində iki dövlət arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, mühüm əməkdaşlıq layihələrinin inkişafına nail olunduğunu vurğulayıb. Enerji sahəsində əməkdaşlığın Azərbaycan və Bolqarıstan arasında əlaqələrin vacib hissəsini təşkil etdiyini söyləyən diplomat iki ölkənin Avropaya Azərbaycan qazını çatdıracaq “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsində tərəfdaş olduqlarını bildirib və sözügedən dəhlizin əhəmiyyətindən danışıb. N.Qurbanova Azərbaycanın multikulturalizm modelini Bolqarıstanda tanıtmaq istədiyini bildirərək Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğundan danışıb. Bolqar xalqının dövlətçiliyinin möhkəmləndirilməsi baxımından Trapezitsanın önəminin Azərbaycan tərəfindən də yaxşı bilindiyini vurğulayan səfir Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məhz bu səbəbdən sözügedən tarixi abidənin bərpa edilməsi qərarına gəldiyini diqqətə çatdırıb.

Bolqarıstanın nüfuzlu “A-Specto” jurnalı da səfir N.Qurbanova ilə müsahibə dərc edib. “Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq: Enerjidən daha çox” adı altında dərc olunan müsahibədə səfir ölkəmiz barədə ətraflı məlumat verib. Diplomat ölkələrimiz arasındakı əlaqələrin böyük perspektivə malik olduğunu və zamanla strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Ölkələrimiz arasında turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq imkanlarının olduğunu qeyd edən N.Qurbanova strateji tərəfdaşlıq barədə Birgə Bəyannaməyə istinad edərək əsas məsələlərin müzakirə olunmasında yeni əməkdaşlıq formatının - xarici işlər nazirləri səviyyəsində strateji dialoqun həyata keçirilməsinin vacibliyini qeyd edib.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. Diplomat Ermənistanın təxribatlardan çəkinmədiyini, ötən ilin aprel ayında cəbhə xəttində baş verən gərginliyin bunun bariz nümunəsi olduğunu, qoşunların təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrini və təmas xəttinə yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır artilleriya və iriçaplı silahlardan hədəfə aldığını bolqar oxucuların diqqətinə çatdırıb.

Müsahibə zamanı səfir Azərbaycanın müstəqil xarici siyasəti, dövlətimiz tərəfindən həyata keçirilən beynəlxalq və regional layihələr barədə də məlumat verib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Bolqarıstan ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib

Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

Milli Məclisdə 13 məsələnin müzakirəsinə başlanılıb

Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır

Baş məşqçi: Slovakiya klubu ilə matçda daha yaxşı oyun göstərməyə çalışacağıq

OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb

Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb

Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar

Politoloq: MDB-yə sədrliyin 2028-də Azərbaycana keçməsi üzv dövlətlər üçün mühüm fürsət olacaq

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

İqor Ponomaryov: Düşünürəm ki, futbolçular bu dəfə daha inamlı çıxış edəcəklər

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaq üçün ölkəmizə gətirilib

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb

Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı

® ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır VİDEO

Azərbaycan nefti 131 dollara satılır VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var