DÜNYA
Bonn konfransında Fici sədrlik edir
![Bonn konfransında Fici sədrlik edir](/files/2017/3/1200x630/15099787473135430444_1200x630.jpg)
Berlin, 6 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, bu gün Bonnda BMT-nin iqlim dəyişmələrinə dair 23-cü konfransı açılıb.
BMT-nin iqlim dəyişmələrinə dair Çərçivə Konvensiyasına uyğun olaraq Qərbi Almaniyanın keçmiş paytaxtında keçirilən bu tədbir Kioto Protokoluna qoşulmuş tərəflərin müşavirəsi çərçivəsində sayca 13-cü görüşdür. Konfransda Fici ada-dövləti sədrlik edir. Bu arxipelaq belə bir genişmiqyaslı tədbiri öz ərazisində keçirmək iqtidarında olmadığı üçün konfrans BMT-nin iqlim dəyişmələrinə dair Çərçivə Konvensiyasının Katibliyinin yerləşdiyi Bonnda keçirilir. Konfrans işə başlayana qədər Bonnda iqlim müdafiəçilərinin bir neçə etiraz aksiyası təşkil edilib.
Avqustun əvvəlində Vaşinqton BMT-yə rəsmən bildirib ki, ABŞ iqlim dəyişmələrinə dair Paris sazişindən çıxacaq. ABŞ Prezidenti Donald Tramp 2017-ci il iyunun əvvəlində bildirib ki, ABŞ həmin müqavilənin müddəalarını yerinə yetirməyəcək. Onun sözlərinə görə, bu qərar faydalı qazıntı hasilatı sahəsində işləyən Amerika şirkətlərinin mənafelərinin müdafiə olunması məqsədilə qəbul edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin