BQXQACF-NİN AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİNİN YENİ RƏHBƏRİ TƏYİN OLUNMUŞDUR
Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Hlin Baldvinsdottir öz vəzifəsinin icrasına başlamışdır.
İslandiya vətəndaşı olan xanım Baldvinsdottir İraqda, Konqo Demokratik Respublikasında, Tanzaniyada missiyalarda BQXQACF-nin nümayəndəsi kimi fəaliyyət göstərmişdir.
Təşkilatın Azərbaycan nümayəndəliyinin yeni rəhbəri demişdir: “Mən Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin nüfuzlu bir təşkilat kimi inkişafı üçün əlimdən gələni edəcəyəm. Bununla yanaşı, biz Saatlı, Sabirabad və Biləsuvarda cadır şəhərciklərində məskunlaşmış 32 min məcburi köçkün üçün nəzərdə tutulmuş inkişafı proqramının həyata keçirilməsini davam etdirmək niyyətindəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]