İQTİSADİYYAT
BTC-nin Yevlaxda yerləşən nasos stansiyası ilə kəmərə gündəlik orta hesabla 620 min barel neft vurulur
![](/files/galleryphoto/2023/3/1200x630/16970234336091250570_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16970234334525961147_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1697023433131629652_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16970234334376732439_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16970234331693547743_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16970234332048451719_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16970234336409063113_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16970234335972019673_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16970234344469641072_1200x630.jpg)
Yevlax, 11 oktyabr, AZƏRTAC
Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin Yevlaxda yerləşən 2-ci nasos stansiyasından kəmərə gündəlik orta hesabla 620 min barel həcmində neft vurulur.
AZƏRTAC xəbər verir ki, bunu BTC boru kəməri üzərində yerləşən 2-ci Yevlax nasos stansiyasının sahə meneceri Rəşad Məmmədov BP şirkətinin təşkil etdiyi media-tur zamanı bildirib.
O qeyd edib ki, nasos stansiyasında dörd neftvurma qurğusu mövcuddur və bunların üçü işlək vəziyyətdədir, dördüncü qurğu ehtiyat saxlanılır.
Rəşad Məmmədovun sözlərinə görə, indiyədək BTC kəməri ilə 4,1 milyard barel və ya 546 milyon tondan artıq neft nəql olunaraq tankerlərə yüklənilib və dünya bazarlarına çıxarılıb.
BTC neft kəmərinin uzunluğu 1768 kilometr, gündəlik ötürücülük gücü isə 1,2 milyon bareldir. BTC boyunca səkkiz kompres stansiyası fəaliyyət göstərir, bunların ikisi Azərbaycanda, ikisi Gürcüstan, dördü isə Türkiyə ərazisində yerləşir.