BU İL DƏ REKORD MƏHSUL GÖTÜRÜLƏCƏKDİR
Balakən Rayon İcra Hakimiyyətindən müxbirimizə verilən məlumata görə, ötən il rayonda fermerlər rekord miqdarda - 14 min ton qarğıdalı toplamışlar. Bu mövsümdə onlar həmin göstəricini daha min ton artırmağı nəzərdə tutmuşlar. Həm kulinariyada, həm də heyvandarlıqda yem kimi istifadə olunan qarğıdalı gəlirli olduğu, az zəhmət tələb etdiyi üçün əkinçiləri cəlb edir. Əlverişli hava şəraiti bu il 4500 hektarda bol məhsul yetişdirməyə imkan vermişdir.