Bu il Misirin turizm gəlirləri 5 milyard dollar azala bilər
Qahirə, 14 aprel, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar Misirin turizm gəlirləri 5 milyard dollar azala bilər.
AZƏRTAC xəbər verir ki, bunu ölkənin Planlaşdırma və İqtisadi İnkişaf naziri Hala Əl-Səid deyib.
Nazir Qahirədə keçirdiyi mətbuat konfransında bildirib ki, turizm sektorunda canlanma cari ilin ikinci yarısında mümkün ola bilər. Onun sözlərinə görə, həmin müddətdə aviaşirkətlərin və səyahət firmalarının fəaliyyətinin tam bərpası nəticəsində 2020-ci ilin sonunadək ölkə iqtisadiyyatı üçün çox vacib olan bu sahədən 11 milyard dollar gəlir əldə etmək imkanı yaranacaq.
Hala Əl-Səid qeyd edib ki, koronavirus pandemiyasına rəğmən, ölkə iqtisadiyyatında 6,6 faiz artım qeydə alınıb, sərmayələrin həcmi isə 18,5 faiz çoxalıb. “Amma Misirin turizm sektoru əsas xarici valyuta mənbəyidir və ötən il bu sahədən 13 milyard dollar gəlir əldə edilib. Təəssüf ki, ilin son aylarında koronavirus pandemiyası nəticəsində turizm və mülki aviasiya sektorları fəaliyyətini dayandırmağa məcbur oldu”, - deyə nazir bildirib.
Xatırladaq ki, Misir martın 19-dan etibarən bütün aeroportlarını bağlayıb və uçuşların hamısı, o cümlədən daxili aviareyslər dayandırılıb. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası bildirib ki, bu ölkənin mülki aviasiya sektoru cari ildə 1,6 milyard dollar zərərə uğraya bilər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]