BU İL TARİXDƏ İLK DƏFƏ ŞƏHƏR VƏ KƏND SAKİNLƏRİNİN SAYI BƏRABƏRLƏŞƏCƏK
2008-ci ildə bəşər tarixində ilk dəfə şəhər sakinləri ilə kənd sakinlərinin sayı bərabərləşəcəkdir. AZƏRTAC xəbər verir ki, bu fikir BMT Baş katibinin qurumun Əhali və İnkişaf Komissiyasının 41-ci sessiyası üçün hazırladığı dünyada demoqrafik vəziyyətə dair məruzəsində yer almışdır.
Sənəddə deyilir: “2050-ci il üçün şəhər sakinlərinin artımı 3,1 milyard təşkil edəcək, halbuki əhalinin ümumi artımı 2,5 milyard nəfər olacaqdır”.
Ötən il planetimizdəki 3,3 milyard şəhərlinin dördə üçü dünyanın 25 ölkəsində yaşamışdır. Həmin siyahıya müvafiq olaraq 6-cı və 24-cü yerləri tutan Rusiya və Ukrayna da daxildir. Şəhərlilərin 35 faizi Hindistan, Çin və ABŞ-da yaşayır. Məruzədə göstərilir ki, şəhərlilər qurunun yalnız 3 faizini təşkil edən ərazidə yaşayırlar, halbuki kənd rayonlarının əhalisinin payına torpağın 12 faizi düşür.
BMT-nin proqnozuna görə, yaxın onilliklər ərzində Afrikada şəhərlilərin sayı 0,9 milyardadək, Asiyada isə 1,8 milyardadək artacaqdır. 2050-ci il üçün planetimizdə bütün şəhərlilərin 54 faizi Asiya ölkələrinin payına düşəcəkdir. Lakin buna baxmayaraq, həmin region, eləcə də Afrika qitəsi urbanizasiyaya daha az məruz qalacaqlar. Bununla belə, şəhərlilərin yarısı əhalisinin sayı yarım milyondan az olan kiçik yaşayış məntəqələrində məskunlaşacaqdır.
Xatırladaq ki, BMT-nin İqtisadi və Sosial Şurasının köməkçi orqanı olan Əhali və İnkişaf Komissiyası 1946-cı ildə yaradılmışdır. Hazırda komissiyaya BMT-nin üzvü olan 47 ölkə daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]