Səyyar "ASAN xidmət"in növbəti ünvanı Tbilisidir
Tbilisi, 5 iyun, AZƏRTAC
Səyyar “ASAN xidmət” bu dəfə Gürcüstanda müvəqqəti yaşayan və işləyən Azərbaycan vətəndaşlarına xidmət məqsədilə Tbilisiyə gəlib.
AZƏRTAC xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları iyunun 5-7-də Azərbaycanın Gürcüstandakı səfirliyində vətəndaşlarımız üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi üzrə xidmət göstərəcəklər.
Xidmətlərdən istifadə etmək üçün Elektron Növbə Portalından növbə götürmək mütləqdir: appointment.mfa.gov.az/az
Portalda səfirliyi seçdikdən sonra müvafiq xidməti və tarixi (5, 6 və 7 iyun) qeyd olunmalıdır.
Səfirlik binası Tbilisidə Vaxtanq Qorqasali küçəsi, 4 ünvanında yerləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:04]
Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib
- 10.08.2026 [12:56]
Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
- 10.08.2026 [12:39]
Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb
- 10.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 10.08.2026 [11:07]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]