Budəfəki hərracda 52 dövlət əmlakı satılıb
Bakı, 5 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 4 obyekt, 47 nəqliyyat vasitəsi və 24,5 ton metal çiv satılıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, özəlləşdirilən obyektlər Gəncə şəhərində, İmişli və Saatlı rayonlarında yerləşir.
Gəncə şəhərində yerləşən, ilkin qiyməti 47 min 500 manat olan “Beton və məhlul istehsal edən sahə”yə təklif 3 dəfə artaraq 148 min manat olub. Bu obyektin ümumi faydalı sahəsi 383 kvadratmetr, torpaq sahəsi isə 3700 kvadratmetrdir.
İlkin qiyməti 5000 manat olan 24,5 ton metal çiv isə keçirilən hərracda 13 min 600 manata satılıb.
Bundan başqa, hərracda satılan nəqliyyat vasitələri daha çox Avropa və Yaponiya istehsalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]