Buker son 50 ilin ən yaxşı müəllifini seçir
Bakı, 29 may, AZƏRTAC
Beynəlxalq Buker Mükafatının münsiflər heyəti son 50 ildə bu mükafatı almış ən yaxşı müəlliflərin siyahısını tərtib edib.
AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, münsiflər Buker mükafatının təsis olunduğu 1968-ci ildən bəri hər onillik üçün bir kitab seçib. Siyahıya britaniyalı yazıçı Hilari Mentelin “Canavar zalı”, kanadalı Maykl Ondatjenin “İngilis xəstə”, amerikalı Corc Sondersin “Linkoln ölüm ayağında”, hind mənşəli ingilis yazıçısı Vidiadxar Naypolun “Azad dövlətdə” və ingiltərəli Penelopa Layvlinin “Ay pələngi” kitabları daxil edilib.
Yarım əsrin ən yaxşı müəllifi xalq səsverməsi yolu ilə müəyyənləşdiriləcək. Səsvermənin nəticələri iyulun 8-də məlum olacaq.
Xatırladaq ki, mayın 23-də Polşa yazıçısı və şairi Olqa Tokarçuk 2018-ci ilin Beynəlxalq Buker Mükafatına layiq görülüb. O, müsabiqədə “Flights” (“Uçuşlar”) romanı ilə iştirak edib.
Buker mükafatı (Man Booker Prize for Fiction) 1968-ci ildə Buker-Makkonnel tərəfindən təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur. Bu və ya digər dildə yazılan, ingilis dilinə tərcümə edilərək Böyük Britaniyada nəşr etdirilən konkret romana və ya hekayələr toplusuna görə verilən mükafatın məbləği 50 min funt-sterlinqdir. Bu məbləğ əsərin müəllifi və tərcüməçisi arasında bölünür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]