Cari il təbii qazdan 18 min qeyri-qanuni istifadə faktı qeydə alınıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Ötən ilin 7 ayı ilə müqayisədə qaz satışında 105,9 faiz artım var.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev deyib.
O bildirib ki, qeyri-qanuni istifadə halları isə ötən il 21 min fakt qeydə alınsa da, cari il 18 min fakt olaraq, 3 min fakt azaldığı müəyyən edilib: “Buna səbəb bu il qanunvericilikdə bununla bağlı qaydalarda müəyyən dəyişikliklər və əlavələrin olmasıdır. Əvvəlki dövrlərdə bu proseslər qanunvericilikdə öz əksini tapmadığı üçün məhkəməyə qədər irəliləyirdi. Artıq bu kimi məsələlər qanunvericiliklə tənzimləndiyindən belə şikayətlərin sayında azalmalar qeydə alınıb”.
Elçin Qocayev, həmçinin vurğulayıb ki, noyabrın 15-nə qədər olan müddətdə payız-qış mövsümünə olan hazırlıq işlərinin başa çatdırılması gözlənilir: “Tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri həyata keçirilir. Qaz xətlərinin yenilənməsi, təmiri və digər cari işlərin hər biri həyata keçirilir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]