CƏMİYYƏT
Cari ilin 9 ayında işğaldan azad olunan ərazilərə köçürülən 1 970 nəfərin müayinəsi təşkil edilib
Bakı, 20 dekabr, AZƏRTAC
“Böyük Qayıdışa dair” I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən 1 970 nəfərin müayinəsi təşkil edilib”.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində deyib.
Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçən və məskunlaşacaq əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlərdən yararlanması TƏBİB tabeli tibb müəssisələri tərəfindən təmin edilir: “Böyük Qayıdış” layihəsi çərçivəsində TƏBİB tabeli müəssisələrdə 2022-ci ilin 9 ayında 290 nəfər, 2023-cü ilin 9 ayında isə 1970 nəfərin müayinəsi təşkil edilib”.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov tabeli tibb müəssisələrində Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, onların müraciətlərinin operativ qaydada cavablandırılması, şikayətlərinin araşdırılması kimi məsələlərin daim diqqətdə saxlanıldığını bildirib.